Icma.az
close
up
RU
Təhsilin İnkişafı Fondu BDU da “TələbəPlus” kartı ilə bağlı infosessiya keçirib

Təhsilin İnkişafı Fondu BDU da “TələbəPlus” kartı ilə bağlı infosessiya keçirib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 7 aprel, AZƏRTAC

Təhsilin İnkişafı Fondu Bakı Dövlət Universitetində (BDU) “TələbəPlus” kartı ilə bağlı infosessiya keçirib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, infosessiyanın keçirilməsində məqsəd “TələbəPlus” kartı və onun təqdim etdiyi imkanlar barədə tələbələri daha ətraflı məlumatlandırmaq, onların suallarını cavablandırmaq olub. Tədbir zamanı tələbələrə kartın qazandırdığı üstünlüklər, əməkdaşlıq edilən şirkətlərdə mövcud endirimlər barəsində məlumat verilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov “TələbəPlus” kartlarının tələbələr üşün böyük imkanlar yaratdığını qeyd edib. O, “Tələbə Plus” kartlarının universitetin bütün təhsil pillələri üzrə paylanıldığını, onun ilk istifadəçilərinin məhz BDU tələbələri olduğunu diqqətə çatdırıb.

Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin baş mütəxəssisi Aysel Məhərrəmova “TələbəPlus” layihəsinin məqsədləri, tələbələr üçün yaradılan imkanlar barəsində təqdimat edib. Layihənin gələcək perspektivlərinə də toxunan Aysel Məhərrəmova yaxın gələcəkdə yeni tərəfdaşlarla əməkdaşlıqların qurulacağı və endirim şəbəkəsinin daha da genişlənəcəyini bildirib.

“Azerconnect Group”un satış kanalları üzrə direktoru Anar Verdiyev bir müddət öncə Təhsilin İnkişafı Fondu ilə “Bakcell” arasında “TələbəPlus” kartına dair əməkdaşlıq müqaviləsinin imzalandığını diqqətə çatdırıb. Əməkdaşlıq çərçivəsində “TələbəPlus” kart istifadəçilərinə hər ay 5 GB əlavə internet bonusunun təqdim edilir. Bu təşəbbüs onların təhsil prosesində daha rahat və sərbəst şəkildə onlayn resurslardan istifadə etməsinə imkan yaradır.

Çıxışların sonunda sual-cavab sessiyası təşkil olunub. Təhsilin İnkişafı Fondunun nümayəndələri Aysel Məhərrəmova, Vəli Babayev və “Bakcell”in layihə inkişafı üzrə mütəxəssisi Hacı Qafarov tələbələrin suallarını cavablandırıblar.

Qeyd edək ki, “TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, “Kapital Bank” və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri