Icma.az
close
up
RU
Təhsilin İnkişafı Fondu ilə ATİB Memorandum imzalayıb

Təhsilin İnkişafı Fondu ilə ATİB Memorandum imzalayıb

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Sentyabrın 25-də Azərbaycan Texniki Universitetinin Davamlı İnkişaf Mərkəzində Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) ilə Təhsilin İnkişafı Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

“Cebheinfo.az” xəbər verir ki, tədbiri açıq elan edən İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun təhsil və sahibkarlığın inteqrasiyasına dəstək vermək, tələbələri innovativ təşəbbüslərə təşviq etmək niyyətində olduğunu bildirib. O, ATİB ilə birgə layihələrin dövlət-özəl tərəfdaşlığının inkişafına əhəmiyyətli töhfə verəcəyini vurğulayıb.

Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli təhsil müəssisələri ilə iş dünyası əməkdaşlığının tələbələrin praktiki bacarıqlarını gücləndirəcəyini və onların əmək bazarının tələblərinə uyğun yetişməsinə xidmət edəcəyini qeyd edib.

ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov isə Azərbaycan və Türkiyə iş adamlarının təhsilə verdiyi dəstəyin gələcək nəsillərin hazırlanmasında mühüm rol oynadığını bildirib. O, tərəflərin bu əməkdaşlıq çərçivəsində həm biznes mühitinin inkişafını, həm də gənclərin biliklərinin artırılmasını hədəflədiyini vurğulayıb.

Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov Fondun həyata keçirdiyi layihələr haqqında geniş təqdimatla çıxış edib. Tədbir çərçivəsində keçirilən sual-cavab sessiyası və “Peerstack Academy”ə infotur tərəflər üçün əlavə məlumat toplamaq və şəbəkələşmək imkanı yaradıb.

Qeyd edək ki, tərəflər əməkdaşlığı gənclərin sahibkarlıq təşəbbüslərini dəstəkləmək, “TələbəPlus” və “TəhsilPlus” kartları, təqaüd proqramları, infrastruktur təşəbbüsləri və tərəflərin razılaşdıracağı digər layihələr çərçivəsində həyata keçirəcəklər.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Sentyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri