Icma.az
close
up
RU
Tək bu gün 4 5 nəfər hücuma məruz qalıb Xırdalanda sahibsiz itlər problemi hələ də çözülməyib

Tək bu gün 4 5 nəfər hücuma məruz qalıb Xırdalanda sahibsiz itlər problemi hələ də çözülməyib

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Son vaxtlar Xırdalanda sürü ilə gəzən sahibsiz itlərlə bağlı şikayətlər çoxalıb. Sakinlər küçə itlərinin tez-tez onlara hücum etdiklərini deyirlər.

Oxu.Az xəbər verir ki, şikayətçilərin "Qafqazinfo"ya bildirdiklərinə görə, həmin ərazidə təkcə bu gün 4-5 nəfər hücuma məruz qalıb. Bu cür hal əvvəllər günün daha çox alaqaranlıq vaxtlarında olurdusa, artıq gündüzlər də geniş hal alıb. Hücuma isə uşaq, böyük daxil olmaqla hamı məruz qalır.

Problemlə əlaqədar Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza belə cavab aldıq: "Sahibsiz heyvanlarla bağlı qaldırdığınız məsələ ilə bağlı bildiririk ki, Abşeron RİH-nin müraciəti əsasında "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzi tərəfindən rayon ərazisində ətraf mühit üçün təhlükəli ola biləcək sahibsiz itlər parklar, küçə və prospektlərdən toplanıb. Sahibsiz itlərin tutulması sivil qaydada, onları incitmədən həyata keçirilib və xüsusi avtomobillərlə qayğı mərkəzinə daşınıb.

Bununla yanaşı, Abşeron rayonunda da Sahibsiz Heyvanlar üçün Qayğı Mərkəzinin yaradılması istiqamətində tədbirlər görülür və hazırda bu işlər sənədləşmə mərhələsindədir".

Xatırladaq ki, it dişləməsi ilə bağlı hadisələr Abşeron rayonu ərazisində tez-tez yaşanır. Daha əvvəl də dəfələrlə Xırdalan və Masazırda sahibsiz itlərin sakinləri parçalaması barədə məlumat vermişdik. İki il əvvəl Masazır qəsəbəsi, "Qurtuluş 93" Yaşayış Kompleksində sahibsiz itlərin hücumuna məruz qalan 41 yaşlı qadın həyatını itirmişdi.

Həmçinin ötən il Xırdalan şəhərində yerləşən "AAAF Park" yaşayış kompleksinin ərazisində sahibsiz itlərin sakinə hücum etməsini əks etdirən görüntülər yayılmışdı. Gündüz saatlarında qadın bir neçə itin küçədə hücumundan çətinliklə və xəsarətlərlə qurtula bilmişdi.

Ötən il Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin həyətində altı it 8-ci sinif şagirdinə hücum edərək müxtəlif xəsarətlər yetirmişdi.

Qeyd edək ki, sadalanan hallarla bağlı dəfələrlə aidiyyəti quruma müraciət etsək də, sorğumuza eyni cavabı almışıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Yanvar 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see248

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see231

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see174

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see167

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see159

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see152

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see148

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see142

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see127

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see124

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see124

Yuxusuz halda sükan arxasına əyləşməyin! DYP dən həftəsonu XƏBƏRDARLIĞI

18 Oktyabr 2025 10:41see123

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see123

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri