Icma.az
close
up
RU
“Bu gün Xırdalanda 4 5 nəfər sahibsiz itlərin hücumuna məruz qalıb”

“Bu gün Xırdalanda 4 5 nəfər sahibsiz itlərin hücumuna məruz qalıb”

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son vaxtlar Xırdalanda sürü ilə gəzən sahibsiz itlərlə bağlı şikayətlər çoxalıb. Sakinlər küçə itlərinin tez-tez onlara hücum etdiklərini deyirlər.

Şikayətçilərin “Qafqazinfo”ya bildirdiklərinə görə, həmin ərazidə təkcə bu gün 4-5 nəfər hücuma məruz qalıb. Bu cür hal əvvəllər günün daha çox alaqaranlıq vaxtlarında olurdusa, artıq gündüzlər də geniş hal alıb. Hücuma isə uşaq, böyük daxil olmaqla hamı məruz qalır.

Problemlə əlaqədar Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza belə cavab aldıq: “Sahibsiz heyvanlarla bağlı qaldırdığınız məsələ ilə bağlı bildiririk ki, Abşeron RİH-nin müraciəti əsasında “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi tərəfindən rayon ərazisində ətraf mühit üçün təhlükəli ola biləcək sahibsiz itlər parklar, küçə və prospektlərdən toplanıb. Sahibsiz itlərin tutulması sivil qaydada, onları incitmədən həyata keçirilib və xüsusi avtomobillərlə Qayğı Mərkəzinə daşınıb.

Bununla yanaşı olaraq Abşeron rayonunda da Sahibsiz Heyvanlar üçün Qayğı Mərkəzinin yaradılması istiqamətində tədbirlər görülür və hazırda bu işlər sənədləşmə mərhələsindədir”.

Xatırladaq ki, it dişləməsi ilə bağlı hadisələr Abşeron rayonu ərazisində tez-tez yaşanır. Daha əvvəl də dəfələrlə Xırdalan və Masazırda sahibsiz itlərin sakinləri parçalaması barədə məlumat vermişdik. İki il əvvəl Masazır qəsəbəsi, “Qurtuluş 93” Yaşayış Kompleksində sahibsiz itlərin hücumuna məruz qalan 41 yaşlı qadın həyatını itirmişdi.

Həmçinin ötən il Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin ərazisində sahibsiz itlərin sakinə hücum etməsini əks etdirən görüntülər yayılmışdı. Gündüz saatlarında qadın bir neçə itin küçədə hücumundan çətinliklə və xəsarətlərlə qurtula bilmişdi.

Eyni zamanda ötən il Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin həyətində altı it 8-ci sinif şagirdinə hücum edərək müxtəlif xəsarətlər yetirmişdi.

Qeyd edək ki, sadalanan hallarla bağlı dəfələrlə aidiyyəti quruma müraciət etsək də, sorğumuza ənənəvi cavabı almışıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 27 Yanvar 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri