Icma.az
close
up
RU
Təkcə bədən deyil, psixika da yorulur

Təkcə bədən deyil, psixika da yorulur

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

İdmançılarda emosional tükənmişlik fiziki əzginlikdən daha təhlükəlidir.

AzPost xəbər verir ki, rusiyalı psixoloq İrina Merkurova idmançılarda tükənmişliyin əlamətləri və səbəbləri barədə maraqlı açıqlama verib. Onun sözlərinə görə, bu vəziyyət xüsusilə peşəkarlıq səviyyəsi artdıqda və məşqçi, azarkeş təzyiqi gücləndikdə özünü göstərir.

Merkurova qeyd edir ki, idmançılar tez-tez bədənlərinin və psixikalarının siqnallarını görməzdən gəlməyə vərdiş edirlər. Onlar ağrını boğur, emosiyaları gizlədir və səssizcə davam edirlər. Lakin insan psixikası sonsuz dözümlü deyil və bir müddət sonra yığılan stress ciddi şəkildə partlayışa səbəb ola bilər.

Ən çox təhlükədə olanlar isə idman karyerasını başa vurmağa hazırlaşanlardır. Qəfil həyat tərzi dəyişikliyi, ictimai statusun itirilməsi və yaxın çevrənin dəyişməsi şəxsiyyət böhranına gətirib çıxara bilər. Psixoloqun sözlərinə görə, bir çox idmançılar depressiya, təşviş pozuntuları və motivasiya itkisi ilə üzləşsə də, bu barədə açıq danışmaqdan çəkinirlər. Səbəb isə cəmiyyətdə “zəif görünmək” qorxusudur.

Tükənmişliyin əsas əlamətləri arasında yuxusuzluq, əsəbilik, motivasiya çatışmazlığı və uğursuzluq düşüncələrinin təkrarlanması yer alır. Bu hallar çox zaman illərlə yığılır və idmançılar yalnız böhran həddinə çatdıqda psixoloqa müraciət edirlər.

Merkurova əlavə edir ki, həm idmançılar, həm də məşqçilər üçün psixoloji dəstək sistemi vacibdir. Peşəkar fəaliyyətlə şəxsi həyat arasında balansı qorumaq motivasiyanı itirməmək üçün əsas şərtdir.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://azpost.info
archiveBu xəbər 29 İyul 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see362

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see306

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see269

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see267

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see267

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see256

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see256

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see250

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see242

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see240

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see223

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see217

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see214

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see213

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see210

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see207

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see201

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see196

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see182

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri