Icma.az
close
up
RU
Təkcə sevgi yetərli deyil

Təkcə sevgi yetərli deyil

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Sağlam ailə üçün tibbi-fizioloji uyğunluq da lazımdır

Yetkin cəmiyyətdə sağlam ailə modeli olmalıdır. Çoxları belə fikirləşir ki, ortada sevgi olduqdan sonra gənclərdə hər hansı xəstəlik aşkarlansa belə, onlar ailə qura bilərlər. Hətta nikahdan öncəki məcburi müayinəni düzgün hesab etməyənlər də var. Amma gələcək nəslin sağlamlığı və artımı ilə bağlı gündən-günə çoxalan problemlərin fonunda məsələnin vacibliyi zəruridir. Mütəxəssislər hesab edirlər ki, evlilikdən əvvəl aparılan müayinələr gələcəkdə daha xoşbəxt ailənin təməlinin qoyulmasına yardımçı olar.

Ötən ilin yanvar–sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 36 min 651 nikah və 15 min 964 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb. Boşanmalar dünyaya sağlam övlad gətirə bilməmək problemindən də qaynaqlanır. Milli Məclisin deputatı Günay Ağamalı jurnalistlərə açıqlama verərkən evlənməzdən öncə aparılan müayinələrin siyahısına narkomaniyanın da salınmasının vacibliyini deyib. Bununla bağlı apardığımız araşdırmanın nəticələri ilə sizi tanış edirik:

Hicran Hüseynova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri:

– Bildiyiniz kimi, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası sağlam ailənin formalaşması üçün şəraitin yaradılması, irsi xəstəliklə və anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən hazırlanmışdır.

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xəstəliklərin siyahısı üzrə aparılan klinik və laborator müayinələrdən, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlərin verilməsindən ibarətdir. İstənilən halda ümumi qan testi verilərkən insanda hər hansı aşlılıq və zərərli vərdişə aludəçilik özünü büruzə verir. Və o zaman həkim həmin şəxsə müvafiq sağlamlıq mərkəzinə müraciət etməli olduğunu tövsiyə edir.

Kamila Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə məsələləri şöbəsinin müdir müavini:

– Ailələrin sağlamlığı, onların sosial rifahının daha da yaxşılaşdırılması, uşaqların dünyaya sağlam gəlməsi, həm fiziki, həm mənəvi cəhətdən sağlam nəsil kimi formalaşması dövlət siyasətinin başlıca prinsiplərindəndir. Elmi araşdırmalar göstərir ki, nikaha daxil olan cütlüklərin sağlamlığında mövcud olan problemlər doğulan uşaqlarda genetik xəstəliklərə, sağlamlıq imkanları məhdud olan uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Belə nikahların mənfi nəticələrini nəzərə alaraq dövlət tərəfindən mütəmadi olaraq işlər aparılır, qanunvericilikdə dəyişikliklər edilir.

Bu baxımdan, 2015-ci ildə Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında Qanun qəbul edilmişdir. Qanuna əsasən, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir. Tibbi nəticələr həkim sirridir. Nikahdan əvvəl icbari tibbi müayinənin tətbiqi ilə irsi genetik xəstəliklərdən əziyyət çəkən, sağlamlıq imkanları məhdud olan uşaqların dünyaya gəlməsinin qarşısının alınmasına və sağlam nəslin formalaşdırılmasına şərait yaradılmışdır. Bu sahədə beynəlxalq təcrübənin araşdırılması göstərir ki, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmək üçün nəzərdə tutulan xəstəliklərin siyahısının genişləndirilməsi ailələrdə sağlam mühitin formalaşmasına, uşaqların dünyaya sağlam gəlməsinə öz töhfəsini verə bilər.

Qeyd etmək lazımdır ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən mütəmadi olaraq gənclərin ailə həyatına hazırlığı, onlarda təhlükəsiz və sağlam həyat tərzi mədəniyyətinin formalaşdırılması, fiziki inkişafın təbliği, onların zərərli vərdişlərdən qorunması istiqamətində mütəmadi olaraq maarifləndirici görüşlər, mühazirələr keçirilir.

Təhsil müəssisələrində yeniyetmə və gənclərə reproduktiv sağlamlığı qorumaqla gələcəkdə sağlam ailəyə sahib olma imkanları, düzgün gigiyena qaydaları izah edilir. Məlumatlılıq səviyyəsini artıran elektron vəsaitlər hazırlanaraq əhalinin geniş kütləsinin istifadə etdiyi məkanlarda (metro stansiyalarının reklam lövhələrində, Baku Bus ASC nəqliyyat vasitələrinin lövhələrində) yerləşdirilir və sosial şəbəkələr vasitəsilə yayımlanır, çap məsulları hazırlanır və paylanılır.

Hicran Bağırova, tibb elmləri doktoru, professor:

– Nikahdan əvvəl reallaşdırılan müayinələr gələcək ailə üçün yalnız müsbət nəticələr verir. Düşünürəm ki, gənclərin ailə qurmazdan əvvəl müayinə olunması digər problemləri də aradan qaldırır. Hazırda talassemiya, hepatit, QİÇS və bəzi xəstəliklər var ki, bu zaman müayinələrin aparılması çox yaxşı nəticələr verir. Gənclər müalicə olunur və bu, ailə qurduqdan sonra onların dünyaya sağlam övlad gətirəcəklərinə zəmanət verir.

Siyahıda göstərilən xəstəliklər gənclər arasında nə qədər tez aşkarlansa, onun müalicəsi də tez və asan başa gələr, onların ailə qurduqdan sonra dünyaya sağlam uşaq gətirəcəklərinə inamları artar. İllər öncə bu məsələyə etinasız yanaşılsa da, hazırda ucqar dağ kəndlərində də gənclər nikahdan öncə müayinə olunurlar.

Yazgül Abdıyeva, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb elmləri doktoru:

– Nikahdan əvvəl tibbi müayinələrin aparılması sağlam gələcəyimizə hesablanıb. Nazirlər Kabinetinın qərarına əsasən, həm nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin siyahısı təsdiq edilib, həm də tibbi müayinədən keçmə qaydası və onu təsdiq edən arayışın forması qəbul edilib.

Həmin qaydada qeyd edilib ki, nikaha daxil olmaq istəyən şəxslər hemoqlobinopatiyalar, böyük beta-talassemiya, aralıq beta-talassemiya, drepanotalassemiya, oraqvari hüceyrəli anemiya, İİV/QİÇS və sifilis xəstəlikləri üzrə tibbi müayinədən keçməlidirlər. Bu müayinələr zamanı narkomaniyaya asılılıq kimi zərərli vərdiş də aşkarlanır. Müayinədən keçmə qaydası sağlam ailənin formalaşması üçün şəraitin yaradılması, irsi xəstəliklə və anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınması məqsədi ilə hazırlanmışdır.

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi təsdiq edilmiş xəstəliklərin siyahısı üzrə aparılan klinik və laborator müayinələrdən, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlərin verilməsindən ibarətdir.

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə TƏBİB-in müəyyən etdiyi tibb müəssisəsində, tərəflərdən biri azadlıqdan məhrum edilmiş şəxs olduqda isə həmin şəxsin olduğu cəzaçəkmə müəssisəsinin tibb xidməti tərəfindən pulsuz həyata keçirilir.

Nikaha daxil olmaq istəyən şəxslərə müayinələrin nəticəsi barədə ayrı-ayrılıqda məlumat verilir və buna uyğun olaraq onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlər verilir. Müayinə nəticələri yazılı formada təqdim edilməklə rəsmiləşdirilir və müayinədən keçdiklərini təsdiq edən arayış verilir.

Həmin arayış elektron formada tibb müəssisəsinin rəhbəri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir və dərhal e-sistem vasitəsilə Səhiyyə Nazirliyinə, oradan isə həmin gün yenə e-sistem vasitəsilə Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə ötürülür. Arayışda müayinənin nəticələri əks olunmur. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir və yalnız müayinə olunanlara bildirilir.

Sonda onu da deyək ki, Nazirlər Kabineti “2023–2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı” təsdiq edilməsi ilə bağlı sərəncam imzalayıb. Sənədə görə, ixtioz və bullyoz epidermoliz xəstəliyinin irsi olaraq keçdiyi nəzərə alınmaqla, risk qrupuna daxil olan şəxslərin nikahdan əvvəl tibbi müayinələri aparılmalıdır. Bu məqsədlə qanunvericilikdə yenidən dəyişiklik edilməsinə dair təkliflər hazırlanacaq, tibbi müayinələri həyata keçirən tibb müəssisələri müəyyən ediləcək. Qeyd edilən xəstəliyin müayinəsinin aparılmasına isə ciddi nəzarət olunacaq.

Zərifə BƏŞİRQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Fevral 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona” gün ərzində keçirdiyi ikin yoldaşlıq oyunundan məğlub ayrılıb

09 Avqust 2026 01:33see244

Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)

09 Avqust 2026 10:21see213

Tələbələr yaşamadıqları mənzilin kirayəsini ödəyirlər? − Video

09 Avqust 2026 11:17see209

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see207

Abşeronda zəncirvari yol qəzası olub

09 Avqust 2026 00:22see205

Bu pozada yatmaq tromb riskini artırır Kardioloq

08 Avqust 2026 23:11see205

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see204

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

09 Avqust 2026 13:01see200

Koreya Futbol Assosiasiyası hakimlər üçün seks xidmətləri qalmaqalına görə üzr istəyib

09 Avqust 2026 04:11see199

Avropada təhlükəli virus yayılır 6 nəfər öldü

09 Avqust 2026 00:31see196

Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)

09 Avqust 2026 00:17see191

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

10 Avqust 2026 11:11see191

Heç kim torpağını atıb çıxıb gedən deyil Zelenski

09 Avqust 2026 00:17see188

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq FOTO

08 Avqust 2026 23:09see186

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see183

DİN dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın FOTO

09 Avqust 2026 16:40see183

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see180

Maqnit qasırğaları haqda BİLMƏDİKLƏRİMİZ: İnsanlar və texnika üçün nə dərəcədə təhlükəlidir

09 Avqust 2026 00:59see178

Kredit kartı şifrəsində 0 rəqəmi olanlara xəbərdarlıq edildi

09 Avqust 2026 00:32see176

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri