Icma.az
close
up
RU
Təkcə bir ayda…

Təkcə bir ayda…

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu yayın son ayı mədəniyyət sahəsində böyük itkiləri ilə yadda qaldı. Avqustda bir neçə sənətkar, yazıçı, musiqiçi və teatr xadimi dünyadan köçsə də, ölkəmizdə yaradıcı mühitin inkişafına verdikləri töhfələrlə daim xatırlanacaqlar.

“Qafqazinfo” avqustda itirdiyimiz mədəniyyət xadimləri ilə bağlı qısa xülasəni təqdim edir:

Ayın ilk günü Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verdi. Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev 87 yaşında vəfat etdi. Sənətkarla Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirildi və o, 1-ci Fəxri xiyabanda dəfn olundu.

1938-ci ildə Ağdamın Sarıhacılı kəndində doğulan xanəndənin yaradıcılığında “Şur”, “Segah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. O xüsusilə “Segah”ı təkrarolunmaz üslubda ifa etməsi ilə yadda qaldı.

Avqustun 2-si Şəki Dövlət Dram Teatrının aktrisası Brilyant Babayeva dünyasını dəyişdi. O, 1963-cü ildə Şəki şəhərində anadan olmuşdu. 63 yaşlı aktrisa 45 ilə yaxın Şəki Dövlət Dram Teatrında çalışmışdı.

Xalq yazıçısı Elçin Əfəndiyev də bu ayda itirdiyimiz mədəniyyət xadimlərindən oldu.

Avqustun 3-ü vəfat edən yazıçı ilə növbəti gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında vida mərasimi keçirildi. Elçin 1-ci Fəxri xiyabanda atası, Azərbaycan SSR Xalq yazıçısı İlyas Əfəndiyevin yanında torpağa tapşırıldı.

82 yaşında dünyasını dəyişən Elçin görkəmli yazıçı olmaqla yanaşı nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003) dövlət və ictimai xadim idi. Onun zəngin yaradıcılığında romanlar, povestlər, pyeslər və elmi-tənqidi əsərlər xüsusi yer tutur. Elçinin “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Baş”, “Bayraqdarlar” kimi əsərləri Azərbaycan ədəbiyyatının “Qızıl fond”una daxil olub.

Avqustun 13-də isə şair, nasir, jurnalist Kəramət Şükürovun küçədə meyiti tapıldı.

1957-ci ildə Masallının Göyçöl kəndində anadan olan şair AYB-nin Natəvan adına klubunun direktoru olub. Bir sıra qəzetlərlə əməkdaşlıq edib.

68 yaşında vəfat edən K. Şükürovun küçədə ölməsi hər kəsi dərindən sarsıtdı.

63 yaşlı yazıçı, prodüser Vüqar Tapdıqlı da bu ayda dünyasını dəyişdi.

Avqustun 14-ü vəfat edən yazıçı 1962-ci ildə Gədəbəydə anadan olub. 1985-2009-cu illərdə Azərbaycan televiziyasında çalışıb, uzun müddət “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin rəhbəri, Azərbaycan Dövlət Foto-Kino Sənədləri Arxivinin direktoru olub.

Avqustun 16-sı isə Vidadi Babanlını itirdik. 98 yaşında dünyasını dəyişən yazıçı doğulduğu Qazax rayonunda dəfn edildi.

“Şöhrət” ordenli yazıçı “Anam sən oldun”, “Dərd məni dinləndirir”, “Öz evində qonaq”, “Mənim gizlinlərim” kimi nəsr əsərlərinin müəllifidir. V. Babanlının “Vicdan susanda”, “Gəlin”, “Ömürlük cəza” adlı məşhur kitabları var.

Bir neçə gün sonra, avqustun 19-da şair Məmməd İsmayıl vəfat etdi.

O, 1939-cu ildə Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olmuşdu.

Şair “Ana əlləri”, “Dünyaya baxıram”, “Söz vaxtına çəkər” kimi şeirləri, “Xalq nəğmələri”, “Sazın söz karvanı”, “Yoxun varlığı” kimi kitabları ilə tanınıb.

M. İsmayıl ürək çatışmazlığı və yanaşı xəstəliklərdən əziyyət çəkirdi, ölüm səbəbi isə ağciyər xərçəngi olub.

Bu ayda itirdiyimiz mədəniyyət xadimlərindən sonuncusu isə 86 yaşlı şair Arif Əbdüloğlu (Arif Əbdül oğlu İsmayılov) oldu.

Avqustun 20-si dünyasını dəyişən publisist Prezident İlham Əliyevin 21 iyul 2025-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmuşdu. Onun 2019-cu ildə nəşr olunmuş “Vətəndir sevdiyim, sevildiyim yer”, eləcə də 2024-cü ildə işıq üzü görmüş “Bütövləşən vətənim” kitabları oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb.

Lamiyə Məmmədova 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Sentyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri