Icma.az
close
up
RU
“Təkcə yaxşı mahnı yazmaqla iş bitmir” Məşhur bəstəkar “Avroviziya”dan DANIŞDI

“Təkcə yaxşı mahnı yazmaqla iş bitmir” Məşhur bəstəkar “Avroviziya”dan DANIŞDI

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycanın “Avroviziya” mahnı yarışmasındakı uğursuz çıxışından sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilir. Bir qisim bu müsabiqənin mənasız olduğunu, digər qisim isə müsabiqənin siyasi maraqlara xidmət etdiyini deyir. Azərbaycanın müsabiqədə uğursuz olmasını komandanın qeyri-peşəkarlığı ilə əlaqələndirənlər də mövcuddur. 
Tanınmış bəstəkar Tərlan Məmmədhüseynov müsabiqə ilə bağlı fikirlərini Demokrat.az-la bölüşüb. Bəstəkar bildirib ki, “Avroviziya” müsabiqəsi ətrafında hər il müxtəlif fikirlər səsləndirilir, xüsusilə də uğursuzluq yaşandıqda: 
“Şəxsən mən, bir bəstəkar və musiqiçi olaraq bu məsələyə bir qədər fərqli tərəfdən baxıram. "Avroviziya" bir musiqi yarışı deyil, o, həm də vizual təqdimat, strategiya, mədəniyyət diplomatiyası və kommunikasiya bacarığı tələb edən bir səhnədir. Təkcə yaxşı mahnı yazmaqla iş bitmir. Hər detala qədər düşünülmüş, həm musiqi, həm vizual, həm də psixoloji hazırlıq tələb edən bir prosesdir”. 
Bəstəkar onu da qeyd edib ki, Azərbaycanın “Avroviziya” komandasının zəif olduğunu düşünmür: 
“Mənim fikrim indiki komandanın işini tənqid etmək deyil. Əksinə, əminəm ki, onlar nəyi bacarıblarsa, onu da ortaya qoyublar və bu işə zaman, zəhmət sərf ediblər. Gördükləri işə hörmətlə yanaşıram və onların səmimi niyyətlə çalışdıqlarına inanıram. Uğursuzluqlar isə əksər hallarda sadəcə musiqi ilə deyil, bütöv yanaşmadakı boşluqlarla bağlı olur. “Avroviziya” bizə təkcə qalib olmaq üçün deyil, öz musiqimizi, kimliyimizi Avropaya göstərmək üçün bir fürsət verir. Əgər bu fürsətə ciddi və peşəkar yanaşsaq, bu səhnə hələ çox musiqiçimizin tanınmasına imkan aça bilər. Sadəcə, bu işi layihə deyil, missiya kimi görmək lazımdır”.
Cavidan Mirzəzadə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 May 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri