Təkər oğurlayıb maşınla qaçarkən qəza törədən şəxsləri döyüb polisə verdilər VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Təkər oğurlayıb avtomobillə qaçarkən qəza törədən şəxslər saxlanılıblar. Avtosfer.az xəbər verir ki, Argentinada baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Belə ki, iki nəfər şəxs park edilmiş nəqliyyat vasitəsindən təkər oğurlayaraq gəldikləri avtomobillə sürətlə ərazidən uzaqlaşarkən yol kəsişməsində motosikletlə toqquşub. Zərbənin təsirindən motosiklet aşıb və üzərində olan sürücü və sərnişini bir neçə metr sürükləniblər. Minik avtomobili isə yol kənarında başqa bir maşına çırpılaraq dayanıb. Piyada qaçmağa cəhd edən iki cinayətkar hadisə şahidləri tərəfindən yaxalanaraq döyülüblər və daha sonra polisə təhvil veriliblər.
Qəza nəticəsində motosiklet sürücüsü yüngül, sərnişini isə ağır xəsarətlər alıblar.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 08 May 2025 22:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















