Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Satışa çıxarılan avtomobillərin təkərlərinin qaraldılması adi haldır. Məqsəd maşına gözəl görünüş vermək, müştəri cəlb etməkdir. Lakin gündəlik həyatda təkərləri qaraldan sürücülərə çox rast gəlirik. Bəs bu qaraltma təkərə necə təsir edir?
Avtosfer.az xəbər verir ki, təkəri qaraltmaq üçün həm ucuz və keyfiyyətsiz, həm də peşəkar vasitələr mövcuddur. İş burasındadır ki, təkər də qulluq tələb ediur.
Lakin düzgün olmayan müdaxilə onu daha da korlayır. Tərkibində böyük miqdarda həlledici və silikon olan, mənşəyi naməlum ucuz vasitələr təkərə fayda yox, zərər verir.
Təkər üçün ən təhlükəli məqam onun zaman keçdikcə sərtləşməsidir. Bu proses təbii amillərin və istismarın nəticəsində tədricən gedir. Lakin, ucuz təkrqaraldıcılardan bol və müntəzəm istifadə şinin səthindəki yumşaldıcıların sürətlə xaric olunmasına gətirib çıxarır.
Buna görə də təkər öz elastikliyini daha tez itirir, sürətlə köhnəlir. Bir sözlə, gözəllik üçün işlədilən vasitə əslində təkərin kimyəvi aşınmasını tezləşdirir.
Yekun olaraq deyək ki, təkərə qulluq vacibdir. Lakin bu, ucuz, əl altındakı vasitələrlə aparılmamalıdır.
Sənaye istehsalı olan qulluq vasitələrinin də seçimi zamanı mövsümə və təkərin tipinə diqqət yetirilməlidir.
Rusiya kimi soyuq region üçün nəzərdə tutulan əla keyfiyyətli vasitə Azərbaycan şəraitində yaramır. Ya da isti ölkə üçün istehsal olunmuş vasitə ilə Rusiyada nəticə almaq mümkün olmur.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 23 Oktyabr 2026 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















