Icma.az
close
up
RU
Bahalı təyyarə biletinə möhtacıq: Turistləri öz əlimizlə Gürcüstana peşkəş edirik

Bahalı təyyarə biletinə möhtacıq: Turistləri öz əlimizlə Gürcüstana peşkəş edirik

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fuad İbrahimov: “Quru sərhədlər açılmasa, turizm də nəfəs ala bilməz”


 Bu ilin birinci yarısında Gürcüstana 135 248 nəfər Azərbaycan vətəndaşı səfər edib. Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatından məlum olur. İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə səfərə yollananların sayı 35 776 nəfər və yaxud 36 faiz artıb. Yanvar-iyunda Azərbaycan Gürcüstana ən çox səfər etmiş əcnəbilərin sayı baxımından V yerdə qərarlaşıb.

 Azərbaycanla yanaşı ilk beşliyə Rusiya (581 099 nəfər), Türkiyə (533 614 nəfər), Ermənistan (390 788 nəfər) və İsrail (171 294 nəfər) daxil olub. Hesabat dövründə Gürcüstan ümumilikdə 3,2 milyon beynəlxalq ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 4,4 faiz çoxdur. Turist səfərlərinin sayında isə tarixi maksimum - 2,3 milyon ziyarət qeydə alınıb. 

Azərbaycana isə bu ilin yanvar-may aylarında 980 mindən çox xarici vətəndaş səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. Bu barədə Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasında jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, son dövrlərdə baş verən yeni geosiyasi çağırışlar turizm bazarında da öz təsirini göstərib. Lakin bəzi istiqamətlər üzrə ciddi artım müşahidə olunub. Belə ki, Körfəz, bəzi Asiya və Mərkəzi Asiya ölkələrindən gələn turistlərin sayı ötən illə müqayisədə 1,3 dəfə artıb. “Rusiyadan gələn turistlərin sayında 9 faiz azalma qeydə alınıb ki, bu da uçuşların sayının azalması ilə bağlıdır. Hindistandan gələn turistlərin sayında isə 26 faiz azalma müşahidə olunur, bu da müəyyən dəyişikliklərlə əlaqədardır,” – deyə K.Quluzadə qeyd edib. K.Quluzadə bildirib ki, Azərbaycan turizm bazarının coğrafiyasını genişləndirib və turizm sənayesi yeni çağırışlara hazırdır. Bu isə gələcəkdə turist sayında daha böyük artımlara səbəb olacaq. 


Ölkəmizə gələn turistlərin sayında artım qeydə alınsa da, qonşu Gürcüstanla müqayisədə yenə də azdır. Gürcüstan turistlərin sayına görə bizi yenə də qabaqlayır.  Ekspertlərsə bunun əsas səbəbini quru sərhədlərin hələ də bağlı olmasında görürlər.   

İqtisadçı Fuad İbrahimov Sherg.az-a  açıqlamasında qeyd etdi ki, xüsusi karantin rejiminin davam etməsi, quru sərhədlərinin bağlı qalması bölgə iqtisadiyyatına, o cümlədən də turizm sektoruna mənfi təsir edir: 

- Turistlər, digər ölkələrə səfər etmək istəyənlər yalnız inhisarçı təyyarə reyslərinin ümidinə qalıb. Əlbəttə, hər vətəndaşın buna maddi imkanı çatmır. Xarici ölkə vətəndaşları da bahalı təyyarə reyslərini deyil, daha ucuz və sərfəli olan quru yolla səyahət etməyi üstün tuturlar. Ona görə də bizim turizm sektoru itirir, itkiyə məruz qalır. Niyə Gürcüstana gedən turistlərin sayı çoxdur? Çünki bu ölkənin quru sərhədləri açıqdır. Təyyarə biletlərinin qiyməti bizdəki kimi yüksək deyil. Gürcüstan hava yolları şirkətləri bir çox ölkələrin hava şirkətləri ilə müqavilə bağlayıb, ucuz aviareyslər həyata keçirirlər. Gürcüstan turizm potensialına görə bizim ölkədən nəyləsə xüsusi olaraq fərqlənmir. Ölkəmizin turizm potensialı Gürcüstandan dəfələrlə artıqdır, yüksəkdir. Amma elə bir şərait yaranıb ki, turistlər ölkəmizə yalnız hava məkanı ilə gələ bilirlər. Bu da insanların səyahət etməsini çətinləşdirir. Hotel qiymətləri də bizdə həqiqətən çox bahadır. Çünki hotellərin inşası baha başa gəlir, tikintiyə külli miqdarda investisiya cəlb olunur. Belə vəziyyətdə qiymətlərin ucuz olacağını gözləmək absurddur. Başqa səbəb, sağlam rəqabət mühitinin olmaması, seçim imkanlarının azlığıdır. İstirahət mərkəzləri, hotelçilik sektorunda müxtəliflik olsa, çeşid bol olsa, vətəndaş rahat seçim edə bilər, maddi durumuna uyğun hotel, istirahət guşəsi seçər. Gürcüstanla quru sərhədlər açılsa, turist axını da güclənər, qiymətlər də avtomatik aşağı düşər. Turist sayı nisbətən azdır deyə, hotel rəhbərləri qiymətləri yüksəltməklə daha az maddi ziyanla qarşılaşmaq istəyirlər. Amma bu da turistləri “qaçırır”. Bəli, ölkəmizin turizm coğrafiyası 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə, torpaqlarımızın işğaldan azad olunmasıyla daha da genişlənib. İşğaldan azad olunmuş Qarabağa, ətraf bəlgələrə xaricilərin marağı böyükdür. Gələnlər də var. Lakin quru sərhədlərin açılmasıyla bu say təsəvvür edin ki ikiyə, üçə qalxa bilər. Biz sadəcə, turistləri itiririk, onları, necə deyərlər, öz əlimizlə qonşu ölkəyə peşkəş edirik. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 İyul 2025 03:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see186

Laçının kəndlərində və qəsəbəsində gələn il görüləcək işlər açıqlanıb

30 Noyabr 2025 12:46see175

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see165

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see148

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see147

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see147

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see143

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see139

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see136

Gəncədə maşın aşdı FOTO

30 Noyabr 2025 14:10see135

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see133

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see132

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see132

Nəqliyyat naziri: Türkiyə gəmilərə təkrar hücumların qarşısını almağı hədəfləyir

30 Noyabr 2025 12:01see131

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see129

Aydan götürülmüş nümunələrdə elə maddə aşkarlandı ki...

30 Noyabr 2025 12:53see128

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see128

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see127

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see126

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri