Icma.az
close
up
RU
Təkrar pozuntu edən kanalı nə gözləyir? Dayandırma yoxsa ləğv

Təkrar pozuntu edən kanalı nə gözləyir? Dayandırma yoxsa ləğv

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Audiovizual Şuranın mütəmadi olaraq Azərbaycanda fəaliyyət göstərən müxtəlif televiziya kanallarının yayımının müvəqqəti dayandırılması ilə bağlı müvafiq qərarlar qəbul etməsinin şahidi oluruq. Yayımın dayandırılması müddəti adətən bir neçə saat olsa da, bu, 24 saat da təşkil edə bilir.

Qurumun yaydığı press-relizlərdə qayda pozuntusuna yol verən teleşirkətlərin adı bəzi hallarda eyninilik təşkil edir. Belə ki, hansısa telekanalın müxtəlif zamanlarda yayımı eyni və fərqli səbəblərdən bir neçə dəfə müvəqqəti dayandırılır.

Bəs görəsən, telekanalın yayımı bir neçə dəfə, təkrarən müvəqqəti dayandırıldığı halda, onun lisenziyası ləğv edilə bilərmi?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Audiovizual Şuradan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, "Media haqqında" Qanunda yayımın dayandırılması sanksiyasının tətbiqi ilə əlaqədar lisenziyanın ləğvinə əsas yaradan hal mövcud deyil:

"Tətbiq olunan yayımın dayandırılması sanksiyasının sayı da lisenziyanın ləğvinə təsir etmir və bununla bağlı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hər hansı inzibati tənbeh tədbiri (cərimə) yer almayıb.

Bununla yanaşı, eyni qanunvericilik pozuntusu eyni audiovizual media subyekti tərəfindən mütəmadi olaraq törədildikdə Audiovizual Şura üzvləri yayımın dayandırılması müddətinin (1-24 saat arası və 1-30 gün arası) daha uzunmüddətlisini tətbiq edə bilərlər.

Yəni, hər hansı audiovizual media subyektinə qarşı 3 saatlıq dayandırma tətbiq edilirsə, növbəti eyni pozuntu halından sonra bu dayandırma müddəti daha uzun (24 saatdan çox olmayaraq) ola bilər".

Qeyd edilib ki, aidiyyəti qanunvericilik aktlarından irəli gələn tələblərlə bağlı inzibati sanksiya tədbiri nəzərdə tutulmuş hər hansı qanun pozuntusuna münasibətdə həmin sanksiyanın dərəcəsinin, pozuntuya mütənasibliyinin müəyyən edilməsi məhkəmənin səlahiyyətindədir.

Audiovizual media sahəsində lisenziyanın ləğvi

Azərbaycan qanunvericiliyində televiziya kanallarına verilən lisenziyaların hansı hallarda ləğv edilməsinə dair müddəalar öz əksini tapıb.

Belə ki, yerüstü yayımçılara ümumölkə və regional yerüstü televiziya və radio yayımçısı lisenziyaları verilir.

Lisenziya aşağıdakı hallarda ləğv edilir:

lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
"Media haqqında" Qanunda nəzərdə tutulan media subyektinə dair tələblər pozulduqda;
lisenziyanın sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə, hüquqi şəxs ləğv edildikdə;
məhkəmənin müvafiq qərarı olduqda;
lisenziya sahibi olan şəxsin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduğu halda;
lisenziyanın alınması üçün təqdim edilmiş sənədlərdə sonradan düzgün olmayan məlumatlar aşkar edildikdə;
lisenziya sahibi "Media haqqında" Qanunun və Audiovizual Şuranın qərarlarının pozulması hallarının aradan qaldırılmasına dair Audiovizual Şuranın göstərişlərini yerinə yetirmədikdə, yerüstü ümumölkə yayımçısı ölkə üzrə, yerüstü regional yayımçı isə müvafiq region üzrə yerüstü yayımın təmin olunması üçün infrastruktur operatoru ilə müqavilə bağlayarkən infrastruktur operatoruna müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqqının 6 ay ərzində ödənilməməsi barədə infrastruktur operatorunun Audiovizual Şuraya müraciəti olduğu halında lisenziya dayandırılır. Lisenziya sahibi lisenziyanın dayandırıldığı müddət bitənədək bu halı aradan qaldırmadıqda və nəticəsi barədə 3 iş günü müddətində Audiovizual Şuraya yazılı məlumat vermədikdə;
lisenziyada göstərilmiş fəaliyyət növü lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarıldıqda;
yayım lisenziya alındıqdan sonra 6 ay müddətində həyata keçirilmədikdə;
lisenziya verilmiş fəaliyyət növü üzrə ərazi kateqoriyasına riayət edilmədikdə;
yayımın Audiovizual Şuranın qərarı ilə 1 gündən 1 ayadək müddətə müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, yayım ardıcıl olaraq 30 gün və ya bir il ərzində 60 gün həyata keçirilmədikdə;
lisenziya sahibi bir il müddətində azı 5 dəfə audiovizual yayım sahəsində inzibati məsuliyyətə cəlb edildikdə (yəni, Audiovizual Şuranın tərtib etdiyi cərimə protokolu məhkəmə tərəfindən tətbiq edildikdə);
Audiovizual Şura tərəfindən müsabiqənin qalibinə lisenziyanın verilməsi barədə qərar qəbul edilir, bu qərar ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir, müsabiqənin qalibinə Audiovizual Şura tərəfindən lisenziyanın verilməsi üçün dövlət rüsumu ödəmək vəzifəsi barədə şifahi və ya məktub vasitəsilə məlumat verilir, ərizəçi bu məlumatı aldığı tarixdən 5 iş günü müddətində dövlət rüsumunu ödəməlidir. Ərizəçiyə peyk yayımı həyata keçirməyən platforma yayımçısı, platforma operatoru və sifarişli yayım xidməti provayderi üçün lisenziyanın verilməsi üçün dövlət rüsumu ödəmək vəzifəsi barədə şifahi və ya məktub vasitəsilə məlumat verilir, ərizəçi bu məlumatı aldığı tarixdən 5 iş günü müddətində dövlət rüsumunu ödəməlidir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu müddətdə Audiovizual Şuraya təqdim edilmədikdə.

Lisenziya bu Qanunun yuxarıdakı hallara (məhkəmənin müvafiq qərarı ilə lisenziyanın ləğv edilmə halı istisna olmaqla) istinad edilməklə Audiovizual Şuranın qərarı ilə ləğv edilir. Həmin qərar qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziya sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

Audiovizual Şura lisenziyanın ləğvi barədə qərar qəbul edildiyi gündən 3 iş günü müddətində həmin qərar barədə məlumatı Media Reyestrinə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.

Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara, etnik, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, terrorçuluğa açıq çağırışlar, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatların yayılması lisenziya sahibi olan yayımçı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda lisenziya Audiovizual Şuranın iddia ərizəsi əsasında məhkəmənin qərarı ilə ləğv edilir.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Fevral 2026 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri