Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçiriləcək
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan və bu il keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesində müvafiq keçid balını toplamayan müəllimlərlə görüşlər keçiriləcək.
“Cebheinfo.az” xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən təkrar sertifikatlaşdırma prosesi zamanı uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiya yaradılıb. Müəllimlər komissiyaya 02-31 iyul 2025-ci il tarixlərində həftənin I-V günləri saat 14:00-dan 17:00-dək yaşadığı ərazi üzrə rayon təhsil sektorlarına müraciət edə bilərlər.
Bu müddət ərzində təkrar sertifikatlaşdırmada uğur qazanmayan müəllimlərlə görüşlərdə onların ailə tərkibi və sosial vəziyyəti təhlil olunacaq, prioritetlər üzrə müvafiq qeyri-pedaqoji vakansiyalara uyğunluq meyarları müəyyənləşdiriləcək.
Komissiyaya müraciət edən müəllimlər şəxsiyyət vəsiqəsi, diplom və əmək kitabçasının surətlərini, həmçinin müvafiq sosial statusu təsdiq edən sənədləri təqdim etməlidirlər.
Nigar
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 02 İyul 2025 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















