Təkrar sertifikasiyadan kəsilən müəllimlərlə bağlı komissiya yaradıldı
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
2025-ci ildə təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan müəllimlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Modern.az-a bildirilib ki, komissiyalar iyulun 31-dək Agentliyin yerli təhsili idarəetmə bölmələrində fəaliyyət göstərəcək.
Komissiyaların yaradılmasında məqsəd təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan müəllimlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir.

Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir
01 İyul 2025 16:29
Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçiriləcək
02 İyul 2025 18:11
Nazirlik sertifikasiyadan kəsilən müəllimlərə təkrar şans verməməlidir ÇAĞIRIŞ
23 İyun 2025 00:43
2006 müəllim təkrar sertifikasiyadan KƏSİLDİ
01 İyul 2025 15:03
Attestasiyadan kəsilən müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA
15 Aprel 2025 16:57

