Təl Əviv alova qərq oldu
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
İranın hücumu zamanı Təl-Əvivdə bir əraziyə düşən raket parçası yanğına səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, İranın hücumlarının başlamasından sonra İsraildə həyəcan siqnalları işə salınıb və hava hücumundan müdafiə sistemlərinin raketləri zərərsizləşdirməyə çalışdığı müşahidə edilib.
İsrailin “Yedioth Ahronoth” qəzeti bildirib ki, Təl-Əvivin mərkəzindəki yaşayış məntəqəsindəki boş bir anbara düşən raket və ya qəlpə parçası yanğına səbəb olub. Məlumatda Təl-Əvivin şərqindəki Elad və Ben Qurion hava limanı yaxınlığındakı Şohamdakı binalara dəyən qəlpə parçalarının ziyana səbəb olduğu qeyd edilir.
Hücumlar əhali arasında itkiyə səbəb olmayıb, iki nəfər qəlpə parçaları səbəbindən yüngül xəsarət alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 06 Mart 2026 05:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















