Icma.az
close
up
RU
Tələbə startapçılarla görüş keçirilib

Tələbə startapçılarla görüş keçirilib

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Aprelin 20-də Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tələbə startapçılar və innovativ ideya müəllifləri ilə görüş keçirilib. Tədbir Naxçıvan İnnovasiya Mərkəzində baş tutub və əsas məqsəd startap ekosisteminin inkişafına töhfə vermək, gənclərin innovativ ideyalarını dəstəkləmək, onları rəqəmsal sahibkarlığa cəlb etmək olub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə universitetin müəllim və tələbələri, gənc təşəbbüskarlar, müxtəlif sahələr üzrə innovativ layihə müəllifləri, eləcə də Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyində fəaliyyət göstərən qurumların nümayəndələri və Rəqəmsal könüllülər  iştirak ediblər.

Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov çıxışında bildirib ki, müasir dövrdə innovativ düşüncə, rəqəmsal bacarıqlar və texnoloji biliklər gənclərin uğur qazanmasında əsas amillərdəndir. Onun sözlərinə görə, universitetdə tələbələrin yalnız nəzəri biliklərlə kifayətlənməsi deyil, həm də onların elmi, innovativ və yaradıcı fəaliyyətə cəlb olunması prioritet istiqamətlərdən biridir. O qeyd edib ki, universitet rəhbərliyi tələbələrin ideyalarının layihəyə, daha sonra isə uğurlu biznes modelinə çevrilməsi üçün davamlı şəkildə iş aparır, müxtəlif təlimlər, mentorluq proqramları və layihə dəstəyi həyata keçirilir.

Nicat Yaqubov əlavə edib ki, bu istiqamətdə daha geniş imkanların yaradılması məqsədilə may ayında Nazirlik və universitetin birgə təşkilatçılığı ilə xüsusi startap müsabiqəsinin keçirilməsi planlaşdırılır. Bildirilib ki, həmin müsabiqə gənclərə öz layihələrini daha geniş auditoriyaya təqdim etmək, peşəkar münsiflərdən rəy almaq və gələcək inkişaf üçün dəstək qazanmaq imkanı verəcək.

Nazirliyin Aparat rəhbəri Əziz Hümbətzadə isə vurğulayıb ki, startap müsabiqələri yalnız ideyaların yarışdığı platforma deyil, eyni zamanda gənclərin potensialını üzə çıxaran, onların yaradıcılıq və təşəbbüskarlıq qabiliyyətlərini inkişaf etdirən mühüm bir mühitdir. Onun sözlərinə görə, startap anlayışı artıq yalnız biznes qurmaq mənasını daşımır. Startap dedikdə qısa müddətdə böyük təsir yarada bilən, cəmiyyətin qarşısında duran problemlərə innovativ həll təklif edən ideyaların reallığa çevrilməsi nəzərdə tutulur. 

Bildirilib ki,   müasir dünyada rəqabət ideyalar üzərində qurulur. Texnologiya sürətlə dəyişir. Amma dəyişməyən bir həqiqət var: güclü millət güclü düşüncədən və vətəninə bağlı gənclərdən formalaşır. Bu gün burada təqdim olunan hər bir layihə, əslində, ölkəmizin  sabahına qoyulan bir sərmayədir.

Tədbir zamanı iştirakçılar tərəfindən ümumilikdə 10-a yaxın layihə təqdim edilib. Layihələr müxtəlif istiqamətləri əhatə edib və əsasən ağıllı şəhər, ağıllı nəqliyyat, tibb, səhiyyə, kənd təsərrüfatı, rəqəmsal xidmətlər və sosial innovasiya sahələrinə yönəlib. Təqdim olunan layihələr arasında şəhər infrastrukturunun daha səmərəli idarə olunması, nəqliyyat axınının optimallaşdırılması, kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqi, tibbi xidmətlərin daha əlçatan və operativ təşkili kimi mövzular üstünlük təşkil edib.

Layihələrin təqdimatından sonra aidiyyəti şəxslər tərəfindən hər bir təşəbbüs barədə ətraflı rəy və təkliflər səsləndirilib. Təqdim olunan ideyaların innovativliyi, praktik tətbiq imkanları, gələcək inkişaf perspektivləri və reallaşdırılması üçün tələb olunan resurslar müzakirə olunub. 

Görüşdə xüsusi olaraq vurğulanıb ki, gənclərin rəqəmsal bacarıqlarının artırılması, innovativ təşəbbüslərinin stimullaşdırılması və onların startap mühitinə inteqrasiyası muxtar respublikada rəqəmsal iqtisadiyyatın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. 

Səbuhi HƏSƏNOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Aprel 2026 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri