Icma.az
close
up
RU
Tələbə gənclərlə maarifləndirici görüş

Tələbə gənclərlə maarifləndirici görüş

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan Dövlət Pedaqoji Kollecində tələbə-gənclərlə maarifləndirici görüş təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Tələbə-gənclər arasında milli kimlik və milli-mənəvi dəyərlərin innovativ və interaktiv yanaşmalarla təbliği” adlı layihə çərçivəsində baş tutub. Layihə gənclərin maarifləndirilməsi, onların milli dəyərlərə bağlılığının gücləndirilməsi və müasir çağırışlar fonunda milli kimliyin qorunması istiqamətində mühüm təşəbbüslərdən biri kimi qiymətləndirilir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial məsələlər və İctimaiyyətlə əlaqələr üzrə direktor müavini Sevda Axundova qonaqlara öz təşəkkürünü bildirdikdən sonra qeyd etdi ki, kollecdə təşkil olunan tədbirlər tələbələrin dünyagörüşünün formalaşmasına mühüm töhfə verir. Direktor müavini bu tip tədbirlərin kollec mühitində gənclərin fəallığını artırdığını və onların cəmiyyət həyatında daha aktiv rol oynamasına şərait yaratdığını vurğulayıb.

Daha sonra söz Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri və layihə rəhbəri Emin Həsənliyə verilib. O, çıxışında layihənin məqsəd və vəzifələri barədə ətraflı məlumat verərək bildirib ki, bu layihə Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan gənclər arasında milli kimlik, milli-mənəvi dəyərlər və zəngin mədəni irsin daha dərindən mənimsənilməsinə xidmət edir. Onun sözlərinə görə, layihə çərçivəsində təşkil olunan görüşlər interaktiv metodlar, açıq müzakirələr və praktiki yanaşmalar vasitəsilə həyata keçiriləcək və gənclərin mövzuya daha aktiv cəlb olunması təmin ediləcək.

Emin Həsənli vurğulayıb ki, layihənin əsas məqsədi gənc nəslin milli şüurunun gücləndirilməsi, onların tarixi köklərə bağlılığının artırılması, milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsidir. O həmçinin qeyd edib ki, təşkilatın indiyədək həyata keçirdiyi bütün tədbirlərdə gənclərin vətənə bağlılığının möhkəmləndirilməsi, cəmiyyətdə birlik və həmrəylik ruhunun təşviqi əsas prioritet olub və bu istiqamətdə fəaliyyət bundan sonra da davam etdiriləcək.

Növbəti çıxışçı, layihənin eksperti Taleh Əliyev mövzunun aktuallığına toxunaraq bildirib ki, müasir qloballaşma şəraitində gənclər müxtəlif xarici təsirlərə daha açıq olan sosial qruplardan biridir. Bu baxımdan onların milli kimliyinin qorunması, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ekspert qeyd edib ki, milli ruhda formalaşmış gənclik dövlətin gücünün, sabitliyinin və davamlı inkişafının əsas dayaqlarından biridir. O əlavə edib ki, gənclərin düzgün istiqamətləndirilməsi və maarifləndirilməsi gələcəkdə sağlam və güclü cəmiyyətin formalaşmasına zəmin yaradır.

Tədbirdə çıxış edən Dünya Gənc Türk Yazarlar İctimai Birliyinin sədri, şair, publisist İntiqam Yaşar bu gün dünyada səsli müharibələrdən daha təhlükəli olan səssiz müharibələrdən danışaraq bildirdi ki, səsiz müharibələr mədəni assimilyasiya və ideoloji təsirlər vasitəsilə daha çox gəncləri hədəf alaraq milli kimliyin unudulması və milli dəyərlərdən imtia olunmasına gətirib çıxarır. Düşmən qüvvələrin bu kimi məkirli planlarına alət olmamaq üçün xüsusilədə tələbə gənclər milli kimlik şuruna sahib olaraq milli dəyərlərin yaşadılmasında digər gənclərə örnək olmalıdır.Ulu babalarımızın bizə əməanəti olan şəhidlərimizin uğrunda canlarını fəda etdiyi milli dəyərləri qorumaq hər birimizin müqəddəs borcudur.

Görüş interaktiv formatda davam edib, tələbə-gənclər çıxışçılara onları maraqlandıran sualları ünvanlayıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları belə təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd edərək layihəyə maraq və dəstəklərini ifadə ediblər.

Məlumat üçün bildirək ki, üç ay müddətində icra olunacaq layihə çərçivəsində Bakı şəhərində yerləşən 7 ali və orta ixtisas təhsil müəssisəsində maarifləndirici görüşlərin təşkili, eləcə də yekun təqdimat tədbirinin keçirilməsi nəzərdə tutulur. Layihə gənclər arasında milli-mənəvi dəyərlərin təşviqi, onların ictimai fəallığının artırılması və milli kimlik şüurunun möhkəmləndirilməsi istiqamətində davamlı və sistemli fəaliyyətin gücləndirilməsinə xidmət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Aprel 2026 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see440

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see404

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see356

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see351

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see338

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see271

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see234

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see221

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see218

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see217

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see213

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see202

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see201

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see200

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see187

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see182

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see174

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see166

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri