Icma.az
close
up
RU
“Tələbə təqaüdündən tutulmalar məlumat verilmədən aparılırsa, bu, ciddi problemdir”

“Tələbə təqaüdündən tutulmalar məlumat verilmədən aparılırsa, bu, ciddi problemdir”

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Son vaxtlar tələbələr arasında təqaüdlərdən müəyyən məbləğdə vəsaitlərin tutulması ilə bağlı narazılıqlar artıb. Məsələ ondadır ki, bəzi hallarda bu tutulmalar 2-3 manat kimi az görünsə də, tələbələr üçün əhəmiyyətli sayılır. Onlar bildirirlər ki, aylıq aldıqları təqaüd onsuz da məhduddur və bu cür kəsintilər, istər könüllü, istərsə də könülsüz şəkildə aparılsa, haqlı narazılıq doğurur. 

Dövlətin gənclərə dəstək məqsədilə verdiyi bu vəsaitdən tutulmalar aparmaq nə dərəcədə doğrudur? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, tələbə təqaüdlərindən tutulmalar, xüsusilə də Tələbə Gənclər Təşkilatı Fondunun təşəbbüsü ilə həyata keçirilir:

"Yəni tələbələr, istər istədiyi halda, istərsə də istəmədən, Tələbə Gənclər Təşkilatına üzv olduğu təqdirdə, təşkilat üçün hər ay bir və ya iki manat məbləğində ödəniş tələbənin təqaüdündən birbaşa tutulur. Mən düşünürəm ki, bu, ilk növbədə tələbə ilə razılaşdırılmalıdır. Tələbə Tələbə Gənclər Təşkilatına üzv olduğu zaman ödənişin çıxılması ilə bağlı razılıq əldə edilməli, hətta müqavilə bağlanılmalıdır. Əgər bu cür tutulmalar tələbənin istəyinə uyğun olaraq həyata keçirilirsə, bunda hər hansı bir problem yoxdur. Amma əgər bu tutulmalar məlumat verilmədən aparılırsa, əlbəttə ki, burada ciddi narahatlıqlar və problemlər mövcuddur. Mən təxmin edirəm ki, tələbə birbaşa üzv olduqdan sonra ondan ödənişin tutulması ilə bağlı məlumat verilmir və yaxud da müqavilə bağlanılmır.

Nəticədə tələbə üzv olduqdan sonra onun aylıq təqaüdündən həmin üzvlük haqqının Tələbə Gənclər Təşkilatı tərəfindən birbaşa çıxılması həyata keçirilir. Məncə, bu, yanlış bir addımdır. Bu ödənişin tutulması barədə tələbə mütləq məlumatlandırılmalı və yalnız bundan sonra ödəniş çıxılmalıdır. Əsas məqam budur ki, tələbəyə ödəniş tam şəkildə, yəni təqaüdün tam məbləği kartına köçürülməlidir. Tələbə isə öz istəyinə uyğun olaraq Tələbə Gənclər Təşkilatı Fonduna və yaxud da hər hansı bir təşkilata üzv olubsa, həmin ödənişi özü bilavasitə həyata keçirməlidir".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Oktyabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri