Icma.az
close
up
RU
Tələbə yataqxanaları yenilənəcəkmi?

Tələbə yataqxanaları yenilənəcəkmi?

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Tələbələri hər zaman düşündürən məqamlardan biri də yataqxana məsələsidir. Bu problem tələbələrin həyatındakı çətinliklərlə yanaşı, kirayə mənzil bazarına da təsir göstərir. Yataqxanasızlıq şəraitində mənzillərə tələbat çox olduğu üçün qiymətlər də cib yandırır. Tələbələr hər il yay aylarından ev axtarışına çıxır, uyğun mənzil tapmaq isə şans məsələsidir.

Bu günlərdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov yataqxana problemi ilə bağlı ümidverici açıqlama verib. O bildirib ki, ali məktəblərin yataqxanalarının təmirinə özəl sektorun cəlbi üçün "Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırılması" sənədinin hazırlanmasına başlanılıb. Fond rəhbəri düşünür ki, işin həcmi çox böyükdür və dövlət bunun öhdəsindən tək gələ bilməz. Ona görə də, bu sahəyə özəl sərmayə cəlb edilməlidir. Ümumi bir sənəd hazırlanacaq, investorlar istəklərinə uyğun olaraq, seçdikləri universitetlərə bu sahə üzrə investisiya yatıra biləcəklər. Bəs bu layihə yataqxana problemini həll edəcəkmi?

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Kontingentin maksimum üç faizini ödəyir

Təhsil eksperti Elmin Nuri deyir ki, hazırda universitetlər yataqxanaya ehtiyacı olan tələbələrin yalnız üç faizinin tələbatını ödəyə bilir: "Bu layihəyə çoxdan başlanılmalı idi. Çünki ali təhsil seqmenti ilə bağlı ən ciddi problemlərdən biri yataqxanalardır. Bu gün ölkədə yataqxana imkanları olan çox az universitet var. Onlar arasında da sorğu keçirərkən məlum olmuşdu ki, bu yataqxanalar tələbə kontingentinin maksimum üç faizinin ehtiyacını ödəyə bilir. Bu, dəhşətli rəqəmdir. Bir yataqxanada nə qədər tələbə yerləşə bilər? Maksimum 1 000, bəs bundan sonra? Bu gün hansı universitetimizdə yalnız 1 000 tələbənin yataqxanaya ehtiyacı var? İkinci məsələyə gəldikdə, Azərbaycana gələn əcnəbi tələbələrin qarşısını alan əsas faktorlardan biri də yataqxana, kampus şəraitidir. Əcnəbi araşdırır, universitetlərdən birini seçərək baxır ki, tarixi, reytinq cədvəli yaxşıdır, amma yataqxana imkanları yoxdur. Kəmiyyətə görə bölgədəki yataqxanalar paytaxtdakı universitet yataqxanalarından daha yaxşıdır. Onlar müəyyən qədər bunun öhdəsindən gəlməyə çalışır. Çünki bölgə universitetləri yataqxanaya məcburiyyət kimi baxır, paytaxtda da yanaşma belə olmalıdır".

Layihə intensiv şəkildə həyata keçirilməldir

Həmsöhbətimiz vurğulayır ki, bu problemin həllində özəl sektorun dəstəyi çox vacibdir: "Amma bu, intensiv şəkildə həyata keçirilməlidir. Məsələn, bir yataqxana tikildi, onun təbliğatı aparıldıqdan sonra layihə passiv duruma keçməməlidir. Bizim kiçik tələbə tutumu olan özəl universitetlərimiz də daxil olmaqla, bütün universitetlərin yataqxanalara ehtiyacı var. Yataqxana əsl tələbə mühitini formalaşdıran, ona başqa bir ovqat qatan məkandır. Xaricdə evində qalmaq imkanı olan tələbələr belə, yataqxanaları seçirlər. Çünki yataqxana dediyimiz hər hansı mehmanxana deyil. Universitetin tələblərinə cavab verən əlavə şəraiti olur. Ona görə də bu layihə olduqca vacibdir".

Güzəştlər olmalıdır

Ödəniş məsələsinə gəldikdə isə, E.Nuri deyir ki, əksər ölkələrdə yataqxanalarla bağlı ödənişlər tələbələrin göstərdiyi nəticələrə əsasən hesablanır: "Ödənişlə bağlı birmənalı fikir mümkün deyil. Xaricdə belə bir təcrübə var ki, əgər tələbə yüksək təqaüd alırsa, o, yataqxana daxil, müxtəlif xərclərdən azad olunur. Bizdə də bu üsuldan istifadə oluna bilər. Özəl sektor bahalı yataqxana tikib baha qiymətə versə, təbii ki, bunun tələbəyə yararı olmayacaq. Çünki imkanı olan tələbə kirayə ev tutub qalır. Burada güzəştlər olmalıdır".

Çoxmərtəbəli yataqxanalar inşa edilməlidir

Yataqxana çatışmazlığının yaratdığı əsas problemlərdən biri də kirayə mənzillərdir. Mənzillərə tələbat çox olduğu üçün qiymətlər bahadır. Bəs bu sənədin qəbulu kirayə mənzil bazarında qiymətlərə təsir edə bilərmi?

Əmlak eksperti Elnur Azadov deyir ki, ölkədə olan yataqxanaların əksəriyyəti 1970-ci ilə qədər inşa olunanlardır və istismar müddəti bitib. Onların bərpa edilməsi, yoxsa sökülüb yenidən tikilməsi ideyasını ciddi şəkildə dəyərləndirmək lazımdır: "Azmərtəbəli yataqxanaları tamamilə söküb, yerində çoxmərtəbəli yataqxanalar inşa etmək lazımdır. Ona görə ki, bu yataqxanalar hamısı sovet dövründə inşa olunub. O vaxt universitetlərdə, yaxud təhsil ocaqlarında olan tələbэlərin sayı indiki qədər deyildi. Buna görə də yataqxanaların sayı əvvəlki illərlə müqayisədə dəfələrlə artırılmalıdır".

Qiymətlər daha da artacaq?

Əmlak eksperti vurğulayır ki, xarici investorların, özəl şirkətlərin cəlb olunması yataqxanada qiymətlərin artması ilə nəticələnə bilər: "Xarici təcrübədə belə bir forma var: investisiya şirkətləri yataqxanalar tikir və onları kirayə verərək qoyduqları sərmayəni çıxarırlar. Bizim ölkədə yataqxanalara kiçik xidməthaqqı ödənilir. Bərpa olunandan sonra isə daha artıq ödəniş etmək məcburiyyətində qalacaqlar. Hazırda yataqxanalardan istifadə edən aztəminatlı ailələrin uşaqlarıdır. Qiymətlər baha olsa, bu, yataqxanalardan hazırda istifadə edən kateqoriyaya mənfi təsir edəcək. Ona görə də, bərpa olunub, yaxud yenidən tikiləndən sonra qiymət məsələsi nəzərə alınmalıdır".

Yataqxanaların yenidən bərpasının kirayə mənzil bazarına təsirinə gəldikdə isə, həmsöhbətimiz deyir ki, mövcud yataqxanalara investisiya yatırılıb bərpa olunsa, daşınmaz əmlak bazarına heç bir təsiri olmayacaq: "Bu, kirayə mənzil bazarına 5-10 faiz təsir edə bilər".

Qeyd edək ki, "bp" şirkəti ilə Təhsilin İnkişafı Fondu arasında "Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırması" sənədinin hazırlanmasına dair Əməkdaşlıq Memorandumu imzalanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Dekabr 2024 01:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri