Icma.az
close
up
RU
Tələbələr dərsə qayıdır: Daha böyük tıxaclara hazır olun!

Tələbələr dərsə qayıdır: Daha böyük tıxaclara hazır olun!

Icma.az bildirir, Modern.az portalına istinadən.

Həftənin birinci günü – fevralın 17-dən Azərbaycandakı ali məktəblərdə dərslər başlayır. Bu isə Bakıda tıxacların və ictimai nəqliyyatda sıxlığın artmasına səbəb olacaq. Xüsusilə səhər və axşam saatlarında əsas magistral yollar, metro stansiyaları və avtobus dayanacaqlarında sıxlıq yaranacaq.

Tələbələrin sıx olduğu ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə artıq ilk günlərdən nəqliyyatın hərəkətində çətinliklər yaşanacağı ehtimal edilir. Ötən illərin təcrübəsi göstərir ki, dərs mövsümünün başlaması ilə avtomobillərin də sayı artır, bu da yollarda hərəkətin daha da çətinləşməsinə səbəb olur.

Bundan əlavə, ictimai nəqliyyatda sərnişin axınına uyğun avtobus və metro qatarlarının sayının az olması sıxlığı daha da artırır. Səhər saatlarında avtobuslarda yerlərin olmaması və sıxlıq səbəbindən dayanacaqlarda uzun növbələrin yaranması adi hala çevrilir.

Mövzu ilə bağlı Modern.az-a danışan nəqliyyat məsələlər üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, sıxlıq və tıxac böyük şəhərlərdə gözlənilən haldır:

“Bakıda bunun fərqli olmasının səbəbi pik saat anlayışının itməsidir. Tıxaca alternativ olan ictimai nəqliyyatımızın vəziyyəti istənilən səviyyədə deyil. İlkin olaraq avtobus və velosiped zolaqlar şəbəkəsi çəkildi və çəkilməyə davam edir. Düşünürəm ki, burada sərt nəzarət işləri artırılmalı, təkmilləşdirmə işləri görülməlidir. Digər məsələ avtobus və digər nəqliyyat vasitələrinin çıxdığı səkilərin vəziyyəti bərbaddır, səkilərin önündəki bariyerlər təmizlənməlidir. Bunlar köşklər, soyuducular, park edilən avtomobillərdir ki, bunlara qarşı sərt nəzarət tətbiq olunmalıdır. Həmçinin velosiped və avtobus zolaqlarına girənlərə qarşı sərt nəzarət tətbiq olunmalıdır”.

Eksperti sözlərinə görə, bu ildən relsli nəqliyyata yatırım olunacağı elan edilib:

“Metro xəttlərinin tikilməsi, dəmiryolu daşımasının 4-5 dəfə artırılması, tramvay xəttinin bərpası çox önəmli layihələrdir. Çünki şəhər nəqliyyatının onurğa sütunu relsli nəqliyyatdır. Əsas yükü bu nəqliyyat götürməlidir, avtobus da əlaqələndirici funksiyada olmalıdır. Bugünkü rəqəmlər göstərir ki, ən yüklənmiş nəqliyyat növümüz avtobusdur. 1 milyon 200 min səfər avtobusla, 627 min səfər meto ilə, 37 min səfər isə şəhərətrafı elektirk qatarı ilə olur. Bu rəqəmlər dəyişməlidir, ilk yeri metro, ikinci yeri elektrik qatarı götürməlidir. Avtobus da bu yüklərdən azad olmalı, manevr imkanları artırılmalıdır. Avtobus daşıyıcıların brutto müqavilələrə keçidi təmin olunmalıdır. Bu daşıyıcıların maliyyə dayanıqlılığını təmin edəcək, həmçinin sürücü qıtlığının aradan qaldırılmasına və maaşlarının artırılmasına səbəb olacaq, bir növdən başqa növə pulsuz keçidlərin təşkilinə kömək olacaq. Bu da uzaq məsafədən gələn sərnişinlərin xərclərinə təsir edəcək”.

R.Ağamirzəyev qeyd edib ki, ictimai nəqliyyatın və fərqli hərəkət iştirakçılarının önündə bariyer olmamalıdır:

“Bu gün Bakıda avtomobillə hərəkət edəndə heç bir bariyer yoxdur. Amma avtomobillərin çoxluğu problemdir, buna səbəb isə qısa məsafədə səyahətləri fərdi nəqliyyatla təşkil edirlər. Bu da sıxlıq və tıxac saatını artırır. Amma biz digər növlərə diqqət və investisiyamızı artırsaq, bu insanları daha da buraya cəlb edəcək. Bu növlərlə hərəkətlilik artdıqca, şəhərdəki hərəkətlilik tam fərqli cür inkişaf edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Fevral 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri