Tələbələr qida təhlükəsizliyi sahəsində karyera imkanları barədə məlumatlandırılıblar
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 30 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rəhbər və müəllim heyəti, həmçinin “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri ilə maarifləndirici görüş keçirilib. Görüşdə Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti, işə qəbul proseduru və karyera imkanları haqqında məlumat verilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı “Qida təhlükəsizliyi könüllüləri” təşəbbüs qrupunun fəaliyyətindən bəhs olunub.
Qeyd edilib ki, bu günə qədər 2 min 300 nəfər könüllü olmaq üçün müraciət edib və onlardan 550-si seçilib.
Görüşdə tələbələrin dövlət qulluğu, Agentlikdə təcrübə keçmək imkanları barədə sualları cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 30 May 2025 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















