Tələbələr insan alverinə qarşı mübarizə barədə məlumatlandırılıblar
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 11 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində tələbələrlə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici görüşlər keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlərin məqsədi müvafiq sahədə dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər barədə tələbələri məlumatlandırmaq, eləcə də gənclərdə fəal və məsuliyyətli mövqeyin formalaşdırılmasına töhfə verməkdən ibarət olub.
Agentliyin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin psixoloqu tələbələrə mərkəzin fəaliyyət sahələri, göstərilən reabilitasiya və abilitasiya xidmətləri haqqında ətraflı məlumat verib. Bildirilib ki, bu sahədə maarifləndirmə böyük əhəmiyyətə malikdir. Sakinlər insan alverinin müxtəlif formaları barədə məlumatlı olduqda riskləri daha erkən müəyyən edə, aldadılma və istismar hallarının qarşısını almaqda daha diqqətli ola bilirlər.
İnteraktiv şəkildə davam edən görüşlərdə tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 11 Mart 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















