Tələbələr Qubadakı inkişaf proqramında bilik və bacarıqlarını artırıblar
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qəbələ, 3 iyul, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşlığı ilə Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində Qəbələ, Quba, Qusar və Xaçmaz Dövlət Peşə Təhsil mərkəzlərinin 110 tələbəsi üçün "Sənətim" İnkişaf Proqramı təşkil olunub.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, proqram çərçivəsində iştirakçılar müxtəlif peşə istiqamətləri üzrə nəzəri və praktiki təlimlərə qatılaraq gözəllik sənayesi, toxuculuq və dizayn, tikiş texnologiyaları, biznes və maliyyə savadlılığı, avtomobil diaqnostikası, qastronomiya, nitq bacarıqları və digər sahələr üzrə bilik və bacarıqlarını inkişaf etdiriblər.
Təlimlərlə yanaşı, proqram müddətində komanda oyunları, intellektual yarışlar və təqdimat sessiyaları keçirilib. Bağlanış mərasimində bütün iştirakçılar sertifikatlarla təltif olunub, ümumi nəticələrə əsasən isə "Təməl" komandası qalib elan edilərək mükafatlandırılıb.
Müxbir - Rasim İslamoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 03 İyul 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















