Tələbələr tarixin tədqiqində yeni metodoloji yanaşmalar barədə məlumatlandırlıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 22 aprel, AZƏRTAC
AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi katibi dosent Ellada Bəkirova Qarabağ Universitetinin Sosial və humanitar elmlər fakültəsinin dəvəti ilə tarix ixtisası üzrə təhsil alan tələbələr üçün "Albaniya tarixi: aktual problemlər və yeni yanaşmalar” mövzusunda seminar keçirib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Ellada Bəkirova Qarabağ bölgəsinin alban mədəni irsinin əsas məkanlarından biri olduğunu vurğulayaraq bu sahədə aparılan tədqiqatların əhəmiyyətinə diqqət çəkib. O qeyd edib ki, Albaniya tarixinin müxtəlif məsələlərinin doğru şəkildə təbliği üçün albanşünaslığın mövcud elmi problemləri gənc tarixçilərin, tədqiqatçıların diqqətində olmalı, müasir elmdə mövcud olan yeni yanaşmaların tətbiqi ilə bu problemlər yenidən tədqiq edilməlidir.
O, Albaniya tarixinin tədqiqində qarşıya çıxan əsas çətinliklər, xüsusilə mənbə məhdudluğu və yeni metodoloji yanaşmalara dair öz fikirlərini tələbələrlə bölüşüb, mənbələrə sadəcə informasiya daşıyıcısı kimi deyil, diskurs kimi yanaşmağın vacibliyini vurğulayıb. Sonda tarix, arxeologiya, antropologiya, coğrafiya və digər əlaqəli sahələrin birlikdə tətbiqi, multidissiplinar tədqiqatların aparılması ilə Albaniya tarixinin daha dolğun mənzərəsini yaratmağın mümkün olması qeyd olunub. Görüş tələbələrin tarixə daha tənqidi və çoxşaxəli yanaşmasını formalaşdırmaq, mövcud elmi problemlərə yeni baxışla yanaşması baxımından faydalı hesab olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 22 Aprel 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















