Icma.az
close
up
RU
Tələbələrə ictimai nəqliyyata güzəştlər olacaq? RƏSMİ

Tələbələrə ictimai nəqliyyata güzəştlər olacaq? RƏSMİ

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"TələbəPlus" kartı Təhsilin İnkişafı Fondu, Kapital Bank və Visa beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə yaradılan və Azərbaycanın ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulmuş çoxfunksiyalı bir kartdır.

Bakıvaxtı.az-ın məlumatına görə, bu kart tələbələrə bir sıra üstünlüklər təqdim edir. "TələbəPlus" kartı tələbənin şəxsiyyətini təsdiq edən və ali təhsil müəssisəsinin bütün xidmətlərindən istifadə imkanı yaradan rəsmi tələbə kartıdır, o cümlədən, kart vasitəsilə tələbələr nağd pul çıxarmaq, onlayn alış-veriş və digər ödənişləri rahatlıqla həyata keçirə bilərlər. Həmçinin, "TələbəPlus" kartı ilə kitab mağazaları, kino, restoranlar, əyləncə mərkəzləri və ərzaq mağazaları kimi müxtəlif sahələrdə endirim və keşbek imkanı təqdim edir. Məsələn, kitab alış-verişlərində 5%, kino, restoran və əyləncə məkanlarında 2%, ərzaq mağazalarında isə 2% endirim və ya keşbek qazanmaq mümkündür.

Lakin mətbuatda yer alan bəzi xəbərlərdə bu kartı olan tələbələrin ictimai nəqliyyatdan istifadə zamanı müəyyən endirimlər əldə edəcəyi ilə bağlı söyləntilər var. Bu məsələ ilə bağlı aidiyyəti qurumlarla danışıqların aparıldığı və gələcəkdə nəqliyyat güzəştlərinin əlavə edilməsinin nəzərdə tutulduğu bildirilib. Lakin hazırda konkret bir razılaşma və ya tarix mövcud deyil.

Bəs tələbələr ictimai nəqliyyatdan endirimli yollarla istifadə edə biləcəklərmi?

Bakıvaxtı.az mövzu ilə bağlı Təhsilin İnkişafı Fonduna sorğu ünvanlayıb. Sorğumuza cavab verən Fondun mətbuat katibi Nərgiz Qədirova bildirib ki, tələbələrin rifahı istiqamətində işlər aparılır:

"TələbəPlus" kartları təhsil alan gənclərin rifahının yaxşılaşdırılması üçün nəzərdə tutulub. Bu kartın funksiyaları arasında təqaüdlərin köçürülməsi, universitetlərə giriş-çıxışın təmin edilməsi, müəyyən alış-veriş məkanlarında endirimlər və keşbek imkanları var. Ümumilikdə, "TələbəPlus" kartının təqdim etdiyi imtiyazlar tələbələrin gündəlik xərclərini müəyyən qədər azaltmağa kömək etsə də, onun funksionallığının genişləndirilməsi ilə bağlı işlər aparılır. Yaxınlarda tələbələrin sağlamlıqlarının qorunması ilə bağlı yeni razılaşma əldə etmişik".

Nərgiz Qədirova: Bu barədə rəsmi qərar verilməyib

İctimai nəqliyyatda endirimlə bağlı sualımıza cavabında mətbuat katibi qeyd edib ki, bu barədə konkret vəd verilməyib:

"Tələbələrin metro və avtobusdan istifadəsində endirim tətbiq etmək bizim səlahiyyətimizdə deyil. Bu barədə danışıqlar aparılmalı, müxtəlif qurumlarla müştərək qərar qəbul edilməlidir. Biz bu istiqamətdə danışıqların aparılmasını planlaşdırırıq. Lakin qiymətlərdə güzəştin olacağı ilə bağlı Təhsilin İnkişafı Fondu ilə bağlı heç bir vəd verilməyib. Bu barədə media nümayəndələri suallar ünvanlayıb, tələbələr də bu mövzuda maraqlıdır. Qərar isə rəsmi deyil".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Fevral 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri