Icma.az
close
up
RU
Tələbələrin aqrar süni intellekt layihəsi

Tələbələrin aqrar süni intellekt layihəsi

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində startapçılarla görüş keçirilib.

Ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə həyata keçirilən layihənin əsas məqsədi kənd təsərrüfatında rəqəmsal və süni intellekt texnologiyalarının tətbiqini təşviq etmək, aqrar sahədə innovasiyalara marağı artırmaq, eləcə də aqrar startap ekosisteminin inkişafına dəstək göstərməkdir.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, görüşə ölkə üzrə süni intellektin tədris olunduğu 17 ali təhsil müəssisəsini təmsil edən 70 tələbədən ibarət 18 startap komanda qatılıb. Startapçılar kənd təsərrüfatında tətbiq edilə bilən innovativ texnoloji həllərə dair təqdimatlarla çıxış ediblər.

Startap komandaları tərəfindən təqdim olunan layihələr arasında bitkilərdə xəstəliklərin fotoşəkil əsasında müəyyənləşdirilməsinə kömək edən mobil tətbiq, suvarma sistemlərinin avtomatlaşdırılması, sensor texnologiyalarına əsaslanan idarəetmə modelləri, biotexnoloji üsullarla yetişdirilən bitkilərin satışını vahid platforma üzərindən təşkil edən sistemlər, aqrar fəaliyyətlərin ağıllı idarə edilməsini təmin edən proqram təminatları və s. yer alıb.

Kənd Təsərrüfatı Nazirliyinin struktur bölmələrinin rəhbər və mütəxəssislərinin, tabeli qurumların nümayəndələrinin, eləcə də özəl sektor və innovasiya ekosistemi üzrə fəaliyyət göstərən 10-a yaxın Akselerasiya və İnkubasiya Mərkəzinin ekspertlərinin iştirakı ilə keçirilən tədbirdə layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb, ideyaların təkmilləşdirilməsi, bazar tələblərinə uyğunlaşdırılması və tətbiq imkanlarının genişləndirilməsi istiqamətində mütəxəssislər tərəfindən tövsiyələr verilib.

Qeyd edək ki, layihə çərçivəsində seçilən startap komandaları cari ilin 14-16 oktyabr tarixlərində keçiriləcək “5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurulması və İnkişafı Sərgisi”ndə öz layihələrini sərgi ziyarətçilərinə təqdim edəcəklər.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see161

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see161

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see160

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri