Tələbələrin köçürülməsi başlayıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olunur.
Bu barədə APA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Elektron müraciətlərin qəbulu 2025-ci il iyulun 15-i saat 11:00-da başlayacaq və iyulun 22-si saat 18:00-da başa çatacaq.
Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər.

Tələbələrin köçürülməsi prosesinə start VERİLİR
09 İyul 2025 17:05
Tələbələrin köçürülməsi faydalı və inkişafa yönələn olmalıdır
11 İyul 2025 18:03
Tələbələrin akademiya dərsi
20 Fevral 2025 10:49
Tələbələrin sonsuzluq axtarışı
13 Yanvar 2025 10:09
Tələbələrin yataqxana dərdi
11 Mart 2025 13:46

