Tələbələrin bufetlə bağlı şikayətinə rəsmi REAKSİYA
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetinin (ATU) tələbələrindən bufetlə bağlı şikayət paylaşılıb.
Tələbələr qeyd ediblər ki, universitetin əsas korpusundakı bufetdə tələbələrə "Əgər yeməyi evdən gətirib, bizə xeyir verməyəcəksinizsə, oturmayın" sözlərini deyiblər.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı sözügedən universitetlə əlaqə saxlayıb.
Azərbaycan Tibb Universitetinin (ATU) İcitmaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova qeyd edib ki, heç bir tələbə tərəfindən yeməkxanaya və ya prorektorluğa belə bir məsələ ilə bağlı şikayət daxil olmayıb:
"Lakin sosial şəbəkədə yayılan məsələyə əsasən bu gün universitet rəhbərliyi və bu işlə məşğul olan prorektorluq tərəfindən ciddi tapşırıq verilib ki, tələbələrin istəyinə uyğun olaraq hər şey tənzimlənsin",- deyə bildirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 05 Dekabr 2024 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















