Icma.az
close
up
RU
Tələbələrin kirayə dərdi: Ev sahibləri buna görə müqavilədən qaçır AÇIQLAMA

Tələbələrin kirayə dərdi: Ev sahibləri buna görə müqavilədən qaçır AÇIQLAMA

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Artıq dərslərin başlamasına sayılı günlər qalıb. Regionlardan xeyli sayda tələbə təhsil müddətində qalmaq üçün kirayə ev tapıb və ya hələ də axtarışdadır. Kirayə bazarında müqavilə mövzusu hələ də həllini tapmadığından bu məsələ həm ev sahiblərinə, həm də kirayənişinlərə problem yaratmağa davam edir.

Sosial şəbəkələrdə tələbələrdən biri qeyd edir ki, aylıq 500 manat ödədikləri kirayə evə görə qalmaqdıqları halda da yay aylarında ödəniş edilib. İndi isə tələbə ev sahibinin onu təhqir edərək mənzildən bir bəhanə ilə çıxardığını iddia edir.

Tələbə qeyd edir ki, müqavilə bağlanmadığından problemi hüquqi yolla necə həll edəcəyini bilmir.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan hüquqşünas Şamil Paşayev bildirib ki, müqavilə bağlanırsa, kirayənişin qeydiyyata düşməlidir və bu, daha sonra problem yaradır:

“Azərbaycanın əmlak bazarında bu kimi məsələlərlə bağlı kifayət qədər problemlər var. Əgər şəxs uzun müddət bir evdə kirayədə qalırsa, dövlət qeydiyyatına alınmalıdır. Həmin müqavilələr və həmin evdə yaşayan şəxs evə qeydiyyata alınmalıdır. Ancaq bilirsiniz ki, Azərbaycanda qeydiyyata alınma, qeydiyyatdan çıxma ciddi problem yaradır. Ev satanda, ev alanda gərək qeydiyyatda olan adam icazə versin. Bütün bunlara görə də ev sahibləri şəxslərin qeydiyyat almasına mane olur. Qeydiyyata alınmadıqda isə şəxslərin 30 manat məbləğində cərimə ödənişi gözləyir. Əgər vətəndaşlar kirayədə qalırlarsa, icarə müqaviləsi bağlamalıdırlar. Əks halda tərəflər hüquqlarını tələb etməkdə problem yaşayırlar”. 

Hüquqşünasın sözlərinə görə, müqavilə olmasa belə, kirayənişin qaldığı yerdən əsassız yerə çıxarılırsa, ev sahibini məhkəməyə verə bilər:

“Əgər şəxs kiminsə evində qalırsa, bu, şifahi razılıqla olubsa, tərəflərdən biri digərini məhkəməyə verə bilər. Bu halda evdə qalan şəxslər ev sahibinin razılığı pozduğunu hesab edirsə, məhkəmənin qərarını gözləmək hüququna malikdirlər. 

Qanuna görə, əldə edilən gəlirdən 14% vergi verməlidir. Bunu vermədikdə isə onu cərimə gözləyir. 

Ümumiyyətlə, yaxşı olar ki, tərəflər müqavilə bağlasın və şərtləri göstərsinlər. Hansı ayda, hansı müddətə evdə qalacaqları müəyyənləşdirilsin. 
Kirayə mənzil bazarı mental xüsusiyyətlərlə idarə olunur və ona görə də ev sahibləri kirayənişini evdən çıxara bilmir. Kirayə qalan şəxs isə istədiyi vaxt evdən çıxır və yaxud da bəzən olur ki, düşündüyündən daha tez evdən çıxmalı olur. Bu da ümumi qarışıqlıq yaradır”.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan daşınmaz əmlak eksperti Elnur Fərzəliyev isə bildirib ki, ev sahiblərinin müqavilədən boyun qaçırmasının əsas səbəbi verginin yüksək olması ilə bağlıdır:

“Qanunvericiliyə əsasən, hər bir şəxs hər hansısa sahədə gəlir əldə edirsə, o cümlədən mənzilini kirayə verib pul qazanırsa, vergi ödəməlidir. Mənzilərin kirayə verilməsi ilə bağlı vergi isə 14%-dir. Yəni, evin qiyməti 500 manatsa, onun 14%-ini vergi ödəməlidir. Əksər insanlar kirayə müqaviləsini notarial qaydada bağlamır. 

Kirayə qalanlar bir çox halda özləri müqavilə bağlamağı tələb edilir. Bu halda, mənzil sahibləri də şərt qoyur ki, həmin 14%-i siz ödəyin. Təbii ki, 14%-i kirayədar  ödədikdə bu artıq evin qiymətini artırır.

Hazırda onminlərlə, bəlkə də yüzminlərlə əmlaklar icarədədir, amma verginin çoxluğu səbəbindən müqaviləni rəsmi formada bağlamırlar. 

Təbii ki, hər hansısa bir müqavilə mütləq şəkildə rəsmi bağlanmalıdır. Rəsmi müqavilədə tərəflərin kirayə götürən və ev sahibinin öhdəlikləri qeyd olunmalıdır. Tərəflərdən hər hansısa bir öhdəlikləri pozarsa, buna görə məsuliyyət daşımış olur. Yəni, o baxımdan istər tələbə, istərsə də digər şəxslər maksimum çalışmalıdırlar ki, onların kirayə müqaviləsi olsun.

Bu ona görə lazımdır ki, mənzil sahibi evində qalan şəxsləri vaxtından tez evdən çıxarmasın, qiymət artırmasın, evi satışa qoymasın və s. Həmçinin, kirayə götürənin də evin təmiz saxlanması, qorunması, kommunal ödənişlərin vaxtında verilməsi ilə bağlı öhdəlikləri olur ki, bu da ev sahibi üçün çox vacibdir”. 

E.Fərzəliyevin sözlərinə görə, tələbə yataqxanaları olmadığından təhsil üçün Bakıya üz tutanlar kirayəyə çox pul ödəməli olur:

“Tələbə yataqxanaları ona görə lazımdır ki, həm onlar kirayəyə çox pul xərcləməkdən qurtarsınlar, həm də oxuyub bitirənə qədər həmin yataqxanada qala bilsinlər. Hazırda ali təhsil müəssisələrinin böyük əksəriyyətinin yataqxanaları yoxdur. Bu səbəbdən də tələbələr məcburən gedib bahalı evlər götürürlər və yaxud Bakıətrafı ərazilərdə kirayə qalırlar. Bu da onların əlavə yol pulu verməsinə və vaxt itirməsinə gətirib çıxarır”.

Tələbələrin qeydiyyata düşmək məsələsinə gəldikdə isə ekspert deyib ki, bu tələb əsasən xaricdən gələn tələbələrə aiddir:

“Hər adam qeydiyyətə düşmür, daha çox xarici vətəndaşlardan bu tələb olunur. Çünki yerli vətəndaşın onsuz da hansısa öz yaşadığı evə qeydiyyəti var, onun üçün qeydiyyətə düşmək vacib deyil. Əgər müqavilə bağlanırsa, müvəqqəti qeydiyyət olur, həmin müddət bitdikdən sonra o qeydiyyatdan çıxarılır. 

Bu sahədəki vergiləri 14%-dən ən minimal rəqəmə salsalar, bu, bütün kirayə qalanlarda və mənzil sahiblərində müqavilə bağlamaq üçün maraq yaradacaq. Dövlət büdcəsi də buradan formalaşacaq. Çünki indi mənzilərin çox böyük hissəsi müqavilə olmadan icarəyə verilib”.

Billurə Yunus

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Sentyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri