Icma.az
close
up
RU
Telefon asılılığı psixologiyanı necə dəyişir?

Telefon asılılığı psixologiyanı necə dəyişir?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illər gənclər arasında yuxu pozuntuları, diqqət dağınıqlığı və psixoloji gərginlik hallarında artım müşahidə olunur.

Mütəxəssislər bu tendensiyanın əsas səbəblərindən biri kimi smartfonlardan və sosial şəbəkələrdən həddindən artıq istifadəni göstərirlər.

Xüsusilə gecə saatlarınadək telefon ekranına baxmaq həm yuxu keyfiyyətini aşağı salır, həm də insanın emosional vəziyyətinə və gündəlik fəaliyyətinə mənfi təsir göstərir. 

Bəs telefon asılılığı gənclərin yuxusuna və psixoloji sağlamlığına necə təsir edir?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, son illər gənclərdə yuxu pozuntularının artmasının əsas səbəblərindən biri rəqəmsal həyatın nəzarətsiz şəkildə gündəlik həyatımıza hakim olmasıdır:

“Gecə saatlarında telefon və sosial şəbəkələrdən istifadə beynin təbii istirahət ritmini pozur, yuxunun keyfiyyətini aşağı salır və psixi sağlamlığı zəiflədir.

Təəssüf ki, bəzi valideynlər övladlarının yuxusuzluğunu, aqressiyasını və ya özünə qapanmasını problem kimi deyil, "keçici dövr" kimi qiymətləndirirlər. Psixi vəziyyəti gizlətmək problemi həll etmir, sadəcə vaxtında müdaxilə şansını itirir.

Gecə sosial şəbəkələrdə olmaq beyni daim stimul altında saxlayır. Nəticədə diqqət zəifləyir, emosional gərginlik artır, narahatlıq və depressiv əlamətlərin yaranma riski yüksəlir. Rəqəmsal dünya idarə olunmadıqda, insanı idarə etməyə başlayır.

Bu vərdiş uzun müddət davam etdikdə psixi sağlamlıq ciddi zərər görür. Ən təhlükəlisi isə odur ki, cəmiyyətimizdə psixoloji problemlər hələ də gizlədilir. Gizlədilən problem isə adətən daha ağır formada geri qayıdır.

Telefonsuz qala bilməmək, daim bildirişləri yoxlamaq, yuxunun pozulması, real ünsiyyətdən uzaqlaşmaq və gündəlik məsuliyyətləri ikinci plana keçirmək artıq asılılığın siqnallarıdır. 

Bu, sadəcə pis vərdiş deyil, psixi sağlamlıq problemidir”.Psixoloq qeyd edib ki, çıxış yolu qadağalar deyil, rəqəmsal intizamdır:

“Ekran vaxtını məhdudlaşdırmaq, yatmazdan əvvəl telefonu kənara qoymaq və real həyata daha çox vaxt ayırmaq vacibdir. Valideynlər isə problemi gizlətmək yox, vaxtında qəbul edib peşəkar dəstəyə yönləndirmək məsuliyyəti daşıyırlar”.

Aişə Abdulova
“Cebheinfo.az”

Açar sözlər: Telefon asılılığı Rövşən Nəcəfov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 İyul 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri