Icma.az
close
up
RU
Telefon asılılığı uşaqların psixoloji və sosial inkişafına mənfi təsir göstərir PSİXOLOQ ŞƏRH ETDİ

Telefon asılılığı uşaqların psixoloji və sosial inkişafına mənfi təsir göstərir PSİXOLOQ ŞƏRH ETDİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Müasir dövrdə texnologiyanın həyatımızın ayrılmaz hissəsinə çevrilməsi ilə uşaqlarda telefon asılılığı problemi də getdikcə dərinləşir. Bu məsələ təkcə valideynləri deyil, həm də pedaqoqları və psixoloqları ciddi şəkildə narahat edir. Real olaraq, telefon asılılığı uşaqların psixoloji, sosial və emosional inkişafına mənfi təsir göstərən faktorlardan biridir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, ilk növbədə telefonun uzunmüddətli istifadəsi uşağın diqqətini zəiflədir. Məsələn, sosial şəbəkələrdə və ya oyunlarda uzun müddət vaxt keçirmək uşağın beyin fəaliyyətinə mənfi təsir göstərir, diqqət intervalını azaldır: "Nəticədə dərs oxuma, kitab mütaliəsi və gündəlik tapşırıqlara fokuslanmaq çətinləşir. İkinci mühüm məqam emosional sabitliklə bağlıdır. Telefon asılılığı olan uşaqlar real həyatdan uzaqlaşır, daha çox virtual aləmdə rahatlıq tapmağa çalışırlar. Bu isə sosial əlaqələrin zəifləməsinə, tənhalıq hissinin artmasına və nəticədə özünəqapanmaya səbəb ola bilər. Xüsusilə sosial şəbəkələrdə başqaları ilə özünü müqayisə edən uşaqlar özünü dəyərsiz hiss etməyə başlayır, bu da aşağı özünəqiymət və depressiv hallarla nəticələnə bilir.

Üçüncü aspekt yuxu rejimidir. Araşdırmalar göstərir ki, axşam saatlarında uzun müddət telefondan istifadə edən uşaqların yuxu keyfiyyəti ciddi şəkildə pozulur. Mavi işıq beyində melatonin hormonunun ifrazını azaldır və bu da yuxuya getməni çətinləşdirir. Yuxusuzluq isə gün ərzində əsəbilik, diqqətsizlik və motivasiyanın azalması ilə müşahidə olunur.

Eyni zamanda, telefon oyunları və sosial platformalarda olan aqressiv və ya mənfi məzmun uşaqların davranış modelinə də təsir edir. Uşaqlar bu məzmunları təqlid etməyə meyilli olur və nəticədə aqressiv davranış, dözümsüzlük və empatiya çatışmazlığı müşahidə olunur. Psixoloq kimi valideynlərə tövsiyəm odur ki, uşaqların texnologiya ilə münasibətinə sərt qadağalarla deyil, düzgün nəzarət və maarifləndirmə ilə yanaşsınlar. Uşağın gün ərzində telefona sərf etdiyi vaxt məhdudlaşdırılmalı, eyni zamanda onu maraqlı alternativ fəaliyyətlərə - idmana, incəsənətə və ya kitab oxumağa yönləndirmək lazımdır. Telefon özü problem deyil; problem onunla necə və nə qədər vaxt keçirilməsindədir. Uşaqlarda balanslı texnologiya istifadəsi formalaşdırılmadığı halda, bu, gələcəkdə ciddi psixoloji və sosial nəticələrə gətirib çıxara bilər. Buna görə də həm valideynlərin, həm müəllimlərin, həm də cəmiyyətin bu məsələdə birgə və sistemli şəkildə addımlar atması vacibdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Oktyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri