Icma.az
close
up
RU
Telefon, planşet və kompüter şüası görmə zəifliyi yaradır?

Telefon, planşet və kompüter şüası görmə zəifliyi yaradır?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Telefon, planşet, kompüter şüası görmə zəifliyi yaradır".

Oxu.Az xəbər verir ki, bu fikirləri "93 FM" dalğasında yayımlanan "Sağlam radio"da oftalmoloq Nərmin Əbilova açıqlayıb.

Onun sözlərinə görə, göz anatomik olaraq hərəkət üçün yaranıb və daim hər tərəfə hərəkət etməlidir:

"Uzun müddət kompüterə baxanda, gözün buynuz qişası quruyur və nəticədə bir sıra problemlər meydana çıxmağa başlayır. Gözü gün işığından keyfiyyətli, kompüterdən parıltıya qarşı (antiblik) eynəklər taxmaqla qorumaq lazımdır ki, günəşdən və kompüter işığından gələn şüalar tor qişanı yandırmasın. 0-2 yas arası uşaqlarda telefon istifadəsi tövsiyə edilmir. 2-5 yaş arası uşaqlar gündə 1 saatdan artıq istifadə etməməlidirlər. 6 yaş və yuxarı uşaqlarda isə gündə 2 saatdan çox telefon istifadəsi məsləhət görülmür. Hər 20 dəqiqədən bir 20 saniyə ərzində təxminən 6 metr məsafədə yerləsən obyektə baxmaq məsləhətdir. Telefon gözdən 30-40 sm, planşet və kompüter isə gözdən 50-70 sm məsafədə tutulmalıdır. Bu əsas qaydalara əməl olunarsa, uşaqlarda görmə zəifliyinin qarşısını almaq olar".

Oftalmoloq bildirib ki, 1-2 saat ara vermədən kompüter qarşısında oturmaq olmaz:

"Fasilələr edərək, gün ərzində ümumilikdə 2 saata kimi məşğul olmaq olar. Yəni yarım saatdan bir fasilə vermək və bu zaman göz məşqi etmək lazımdır. Üsul isə çox sadədir, fasilə zamanı açıq havada, eyvanda uzaq məsafəyə gözü yumub-açaraq baxmaq lazımdır".

Həmçinin Nərmin Əbilovanın sözlərinə görə, anadangəlmə səbəblərə anadangəlmə katarakta, anadangəlmə qlaukoma, vaxtından əvvəl doğulmuşların retinopatiyası, mikroftalm və s. aiddir:

"Bu xəstəliklər körpələrdə ciddi görmə zəifliklərinə səbəb olur. Körpələrdə rast gəlinən digər görmə zəifliklərinə miopiya, hipermetropiya, astiqmatizm aiddir. Miopiya (yaxındangörmə) gözün oxunun uzun olması və ya korneanın güclü işıq sındırması ilə əlaqədardır. Miopiya erkən yaşlarda, hətta körpə 6 aylıq olandan müayinə olunub, korreksiya edilə bilər. Hipermetropiya gözün ön arxa oxunun qısa olması və ya buynuz qişanın zəif işıq sındırması ilə əlaqədardır".

Oftalmoloq qeyd edib ki, uşaqlarda çəpgözlük və ambliopiya olarsa, hipermetropiya erkən korreksiya edilməlidir:

"Astiqmatizm buynuz qişasının sferikliyinin pozulması nəticəsində yaranan patologiyadır. Erkən müalicə ambliopiyanın qarşısını alır. Körpə uşaqlarda ən çox rast gələn göz problemlərindən biri də çəpgözlükdür. 6 ayından sonra uşaqda çəplik müşahidə olunarsa, ixtisaslı həkim tərəfindən müayinə olunmalıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Aprel 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri