Telefonla çox şəkil çəkmək yaddaşı zəiflədə bilər
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-da Binghamton Universitetinin 892 iştirakçının qatıldığı yeddi təcrübədən ibarət araşdırması smartfonla davamlı foto və ekran görüntüsü çəkməyin yaddaşa mənfi təsir göstərə biləcəyini ortaya qoyub.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Binghamton Universitetinin alimləri araşdırma edib.
Araşdırmada yalnız görüntülərə baxan iştirakçıların onları fotoşəkil və ya ekran görüntüsü çəkənlərlə müqayisədə daha çox detal xatırladığı müəyyən edilib. Tədqiqatın aparıcı müəllifi Sofiya Fabrizio bildirib ki, bir düyməyə basmaqla məlumatı xarici yaddaşa köçürmək beynin həmin informasiyanı yadda saxlamaq üçün göstərdiyi səyi azalda bilər.
Mütəxəssislərin fikrincə, “kognitiv yükün ötürülməsi” adlanan bu proses zamanı insanın diqqəti yaşadığı andan telefona yönəlir. Xüsusilə mühüm və emosional anları daim kameraya almaq həmin hadisələrin sonradan daha zəif xatırlanmasına səbəb ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 04 Sentyabr 2026 02:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















