Yeni kameralar fəaliyyətə başladı Telefonla danışanlara cərimə yazılır FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Artıq sürücülərə sükan arxasında əlində telefonla danışığa görə, cərimələr gəlir. Avtosfer.az xəbər verir ki, paytaxt və ətraf ərazilərində yeni tanıma kameraları fəaliyyətə başlayıb. Bu barədə Rusiya Nəqliyyat Nazirliyinə istinadən yerli media məlumat yayıb.
"Yol kameraları sürücünün hər iki əlinin sükanda olub-olmadığını və ya telefonla diqqətinin yayındığını müəyyən edir. Sistem paytaxtda və Moskva vilayətində 30 nöqtədə fəaliyyətə başlayıb", - məlumatda deyilir.
Nazirlikdən bildirilib ki, artıq qayda pozan sürücülərə cərimələr kütləvi şəkildə gəlməyə başlayıb və qaydanı pozanlar daha çox olub. Artıq yol polisi əməkdaşları ən azı 105 sürücünü saxlayaraq onlar barəsində tədbir görülüb.
O da qeyd edilir ki, maşın sürərkən əlində telefon tutan sürücülər 1500 rubl (33 manat) ödəməli olacaqlar.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 23 May 2025 21:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















