Icma.az
close
up
RU
Telegram istifadəçilərinin nəzərinə: Bu funksiya işə salınır FOTO

Telegram istifadəçilərinin nəzərinə: Bu funksiya işə salınır FOTO

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Telegram messenceri üz tanıma texnologiyasına əsaslanan yaş yoxlaması funksiyasını test etməyə başlayıb.

News24.az xəbər verir ki, bu barədə ixtisaslaşmış texnoloji mənbə “Durovun Kodu” məlumat yayıb. Bildirilir ki, yenilik hələlik yalnız test serverində tətbiq olunur və eksperimental xarakter daşıyır.

Yayılan görüntülərdə istifadəçiyə dairəvi çərçivədə başını yavaş-yavaş hərəkət etdirərək prosesi tamamlamaq təlimatı verilir. Sistemin əsas məqsədi istifadəçinin yaşını üz tanıma əsasında təyin etmək və müəyyən yaş həddindən aşağı olan şəxslərin yetkinlərə yönəlik məzmunlara çıxışını məhdudlaşdırmaqdır.

Qeyd olunur ki, test mərhələsindəki bu mini-tətbiq şəxsiyyət vəsiqəsi və ya digər sənəd tələb etmir. Yalnız kameranın köməyi ilə biometrik məlumatlar üzərindən təhlil aparılır. Telegram platforması bu mexanizmi “yaş doğrulaması” funksiyası kimi təqdim edir və istifadəçi məlumatlarının məxfiliyinin qorunduğunu vurğulayır.

Lakin ekspertlər bildirirlər ki, bu cür texnologiyalar, xüsusilə biometrik sistemlər istifadəçinin gizliliyinə dair suallar doğurur. Telegram özünü “maksimum azadlıq və məxfiliyə zəmanət verən” platforma kimi təqdim etsə də, üz tanıma texnologiyası ilə yaş yoxlamasının bu prinsipə nə dərəcədə uyğun olduğu müzakirə mövzusudur.

Telegram son dövrlərdə platformada yayımlanan həssas kontent və qeyri-etik paylaşımlar səbəbindən beynəlxalq ictimaiyyətin və texnoloji ekspertlərin tənqidlərinə məruz qalıb. Məhz bu səbəbdən şirkətin yaşa nəzarət funksiyası tətbiq etməyə başlaması bu sahədə məsuliyyətli davranışın göstəricisi kimi qiymətləndirilir.

Xatırladaq ki, bir çox digər platformalarda – məsələn, Discord və TikTok-da – yaş doğrulaması üçün sənəd təqdim olunması və ya üçüncü tərəf xidmətlərinin istifadəsi tələb olunur. Telegram isə bu məsələyə fərqli yanaşaraq, istifadəçi yükləməsi tələb etməyən, yalnız üz hərəkəti ilə həyata keçirilən model təqdim edib.

Yeniliyin nə vaxt geniş şəkildə istifadəyə veriləcəyi və istifadəçilərdən hansı əlavə məlumatların tələb olunacağı hələlik bəlli deyil. Lakin “Durovun Kodu”nun məlumatına görə, bu mexanizm Telegram-da yaxın gələcəkdə məzmun filtrinin və yaşa görə məhdudiyyətlərin əsas vasitəsinə çevrilə bilər. /musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 İyul 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri