Telegram da yeni funksiya işə salınır
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Telegram"da yeni funksiya işə düşür. Bu funksiya sayəsində şəxsi söhbətləri kopiyalamaq imkanı olmayacaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Beta Info" "Telegram" kanalı məlumat verib.
Hazırda yalnız kanallar mesajların kopiyalanmasını bloklaya bilər. Bu xüsusiyyət tezliklə şəxsi mesajlarda da mövcud olacaq. İstifadəçilər yalnız kontaktlarının mesajları kopiyalamasını deyil, həm də şəxsi söhbətlərdən məzmunu saxlamasını və yönləndirməsini bloklaya biləcəklər.
Kopiyalamadan qorunmanı aktivləşdirmək üçün kontaktın profilinə keçib, "Kontaktı redaktə et" - "Kopiyalamanı blokla" funksiyasını seçmək lazımdır. Bu xüsusiyyət hazırda "Telegram"ın iOS üçün beta versiyasında, 12.5 versiyasında (32413) mövcuddur. Lakin hələlik funksiya tam işə salınmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 18 Fevral 2026 03:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















