Icma.az
close
up
RU
Menu

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

Marsda “kartof çipsi” dalğaları tapıldı

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Bakıda 28 istiqamətdə sıxlıq var

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Telejurnalistikadan “İtbaşı” trilogiyasına: Mahir Qabiloğlu, “Yu, biley də...”

Telejurnalistikadan “İtbaşı” trilogiyasına: Mahir Qabiloğlu, “Yu, biley də...”

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Hər kəsin və özünün yerini yaxşı bilən adama 

Mahir, deməli 60 yaşa çatdın. Zarafat bir yana, babat yaşdır. Müdrüklik yaşıdır. Belə də varsan.

Gözümün qabağında böyümədinmi, Qabiloğlu?! Mahir Qabiloğlu imzasını ürəyincə və ürəyimizcə doğrultmadınmı... Doğrultdun. 25-30 il əvvəl AzTV dəhlizlərində telejurnalistikanın tanınmış, üzdə olan simalarından biri kimi ad-san qazananda nə biləydik ki,  gözümüzün qabağında öz atmacaları, duzlu-məzəli söhbətləri ilə Xalq şairi Qabilin əziz-xələf oğlu - statusunu layiqincə doğruldan bu oğlan qarşıdakı illərin yazıçısı, puplisisti kimi boy atmaqdadır. O vaxtlar AzTV-də hər gün mühüm tapşırıqlar əsasında bəzən iki-üç çəkilişi ilə rekord qıran Mahir heç demə həm də böyük ədəbiyyata doğru addımlayırmış...

Atası, Xalq şairi Qabil İmamverdiyevin əlindən su içən, leksikonundakıları səbirlə və səliqə ilə söz çinədanına yığan Mahir günlərin birində açıq səmada şimşək effektinə bənzəyən bir ilkə imza atdı. 2011-ci ildə “Atam Qabilin qəribə əhvalatları” kitabı ilə əsasən xırda informasiya mətnləri yazan cavan oğlan professional yazıçı iddiasında olduğunu bəyan etdi.

Sonra bu addımlar daha inamlı şəkil aldı. “Ərmən Şuşanikin sevgisi”, “Cəncəhim”, “Alim-həkim”, “Qurd yağı”, “Sandıq”, “Əlli yaşında mən”, Leyla xanım Əliyevanın əsərlərinin tərcüməsi – “Poeziya toplusu”, “Tanınmış tanışlar” əsərləri işıq üzü gördü. Mahir atasının “ o dünyadan” müxtəlif ranqlı insanlara, şair və yazıçılara dostcasına “məktublarını” sahmana saldı, şairin 7 cildlik əsərlərinin tərtibçiliyini, redaktorluğunu və naşirliyini bacarıqla reallaşdırdı. Bütün bunlar isə onun sonralar “Space” telekanalında və “Xalq qəzeti”ndə məsul vəzifələrdə çalışarkən təkcə atasının deyil, bütövlükdə çağdaş Azərbaycan ədəbiyyatının qarşısında da mənəvi borcunu ödəməyə çalışdığını göstərir.

Və nəhayət 2019-cu ildə işıq üzü görən “İtbaşı” romanı. Ədəbiyyat tənqidçisi olmadığımdan bu əsərin bədii-estetik məziyyətləri, ideya xətti, üslub xüsusiyyətləri barədə geniş bəhs etmək fikrindən uzağam. Mahirin bu əsəri barədə fikir və mülahizələrimi, tənqidi qeydlərimi Modern.az sayıtında hələ  2019-cu ilin 8 oktyabrında bildirmişəm  və güman edirəm ki, həssas və duyğusal oxucular  bu yazını az-çox xatırlayarlar.

İllər öz axarı ilə keçib gedir. Əziz dostum və həmkarım da öz işində, fəaliyyətindədir. Əvvəlki şuxluğu, qaynarlığı və səmimiyyəti ilə.

Yumoristik yazıları, esseləri, yubiley tədbirləri ilə bağlı qeydləri məzmunu, oxunaqlılığı və operativliyi ilə seçilir. Qəribə yazı üslubu var; bəzən sancır, iynələyir, sonra da ehmallıca öz sığal əlini sətirlərin üstündə  elə gəzdirir ki, heç kim incimir. Səmimiyyəti, həlim xasiyyəti, qonaqpərvərliyi də öz yerində. Dostlarının - xüsusən də İlqar Paşazadənin, Abbas Rüstəmovun, Mübariz Süleymanlının, Füzuli İsmayılovun və bu sətirlərin müəllifinin “bəlkə bir oturaq” çağırışını cavabsız qoymur. Elə bu yerdə dekabrın 4-də 60 illik yubileyi olacaq Mahirə yazıçıların yaxşı bildiyi məşhur söz adamlarından birinin qanadlı ifadəsini də xatırlatmaq istərdim, “Yu, biley də...”

Yaz, yarat, biz də oxuyaq, feyziyab olaq... Bu qədər. Təbriklər! Uzun və sağlam yaşa! Ailənlə, balaların və nəvələrinlə, təbii ki, səni çox istəyən dostlarınla birlikdə xoşbəxt ömür sür, şair oğlu şair!

 Akif Cabbarlı,
yazıçı-publisist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Noyabr 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see738

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see591

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see305

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see302

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see294

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see293

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see281

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see271

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see256

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see254

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see251

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see248

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see248

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see246

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see244

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see228

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see222

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see214

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see209

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri