Icma.az
close
up
RU
Teleradio Akademiyasında növbəti təlim keçirilib

Teleradio Akademiyasında növbəti təlim keçirilib

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.

APA xəbər verir ki, təlimin beşinci günündə ustad dərslərini Əməkdar mədəniyyət işçisi, Qərbi Azərbaycan Televiziyasının rəhbəri Telli Pənahqızı, Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri, BDU-nun Jurnalistika fakültəsinin müəllimi dosent Vəfa İsgəndərova, BDU-nun kafedra müdiri, AzTV-nin Teleradio Akademiyasının “Fokus” qrupunun rəhbəri Aynur Nəsirova, AzTV-nin xəbər aparıcısı, efir estetikası və nitq mədəniyyəti üzrə mütəxəssis Mümtaz Xəlilzadə keçiblər. Bu dəfə təlim “Savadlı danışıq, xəbər dilində məsuliyyət” mövzusuna həsr olunub.

Təlim çərçivəsində Telli Pənahqızı “Niyə biz savadlı danışmırıq?” mövzusuna toxunub. O, Azərbaycan dilinin zəngin olduğunu, istənilən fikrin bu dil vasitəsilə dolğun şəkildə ifadə edilə biləcəyini vurğulayıb. Telli Pənahqızı televiziya əməkdaşlarının danışıq tərzi ilə tamaşaçıya örnək olmasını və dilin qorunmasının hər bir media nümayəndəsinin borcu olduğunu bildirib.

Digər çıxışlarda xəbər dilində məsuliyyət, aparıcının mətni oxumaması, onu danışıq üslubunda tamaşaçıya çatdırması mövzusuna toxunulub. Eyni zamanda, xəbər mətnində pafosun yolverilməzliyi, aparıcının efirə çıxmazdan əvvəl xəbər bloku ilə tanışlığının vacibliyi, mətndə uyğun olmayan ifadələrə rast gəldiyi halda onları dəyişməkdən çəkinməməli olması diqqətə çatdırılıb.

Təlimdə aparıcıların tələskən oxu tempi, əl-qol hərəkətlərinin normadan artıq olması, efir estetikasına uyğun olmayan aksesuarlar, eləcə də dil və tələffüz xətaları geniş şəkildə təhlil olunub. Həmçinin müxtəlif televiziya kanallarının aparıcılarına aid videomateriallar nümayiş etdirilib, üzə çıxan məqamlar üzərində müzakirələr aparılıb.

Daha sonra dilimizə yad ifadələrin (varvarizmlərin) vurduğu zərərdən, xəbərlərin aydın və dəqiq dildə yazılmasının vacibliyindən danışılıb. Vurğulanıb ki, xəbərdə şərh bildirən sifətlərə və qeyri-müəyyən mənbələrə yer verilməməlidir.

Bununla yanaşı, sosial mediada xəbərlərlə bağlı ən çox rast gəlinən mənfi hallardan biri kimi şişirdilmiş və məzmuna uyğun olmayan aldadıcı başlıqların verilməsi məsələsi diqqətə çatdırılıb.

Xatırladaq ki, təlimlərin keçirilməsinin əsas məqsədi media mühitində Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinin təşviq edilməsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 Fevral 2026 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see321

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see289

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see288

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see286

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see276

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see260

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see253

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see241

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see239

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see235

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see235

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see232

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see217

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see216

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see216

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see214

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see211

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see207

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see193

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri