Icma.az
close
up
RU
Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.

525.az xəbər verir ki, təlimin ikinci günündə ustad dərslərini tanınmış diktor, Əməkdar artist Gülşən Əkbərova, Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin xəbər aparıcısı Mümtaz Xəlilzadə keçibdir.

Gülşən Əkbərova təlimdə 55 illik televiziya fəaliyyəti dövründə əldə etdiyi təcrübəni iştirakçılarla bölüşüb. O, çıxışında efir dilinin məsuliyyətindən, düzgün və səlis nitqin tamaşaçıya təsirindən geniş bəhs edib.

Təlimdə Azərbaycan dilinin yad təsirlərdən qorunması, bu istiqamətdə ziyalıların gördüyü işlər müzakirə olunub. Ulu Öndər Heydər Əliyevin 1991-ci ildə latın qrafikasına keçidlə bağlı təşəbbüsü, onun yüksək natiqlik qabiliyyəti və Azərbaycan dilinin beynəlxalq arenada təbliği xüsusi vurğulanıb. Eyni zamanda, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər diqqətə çatdırılıb.

Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova təlim zamanı redaktə prosesində diqqət yetirilməli əsas məqamlar barədə geniş məlumat verib. O, media mətnlərində sözlərin düzgün yazılışının, cümlələrin sadə, aydın və anlaşıqlı qurulmasının vacibliyini vurğulayıb, eyni zamanda, yad terminlərdən yerində və zərurət olduqda istifadə edilməsinin əhəmiyyətindən danışıb.

Tanınmış aparıcı Mümtaz Xəlilzadə isə təlim zamanı nitqin təsiretmə, yönləndirmə və idarəetmə gücündən bəhs edib. O, səs məşqlərinin əhəmiyyətinə, “c–ç” səslərinin tələffüzü ilə bağlı yaranan problemlərin aradan qaldırılması yollarına, düzgün nəfəsalma texnikalarına və nitq zamanı bədən dilinin roluna diqqət çəkib. Eyni zamanda, aparıcılıq sənətində artistizmin işlənmə qaydaları və abreviaturaların düzgün tələffüzü məsələlərinə də toxunub.

Qeyd edək ki, təlimlərin əsas məqsədi media mühitində Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinin təşviq edilməsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Yanvar 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see242

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see210

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see188

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see174

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see172

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see168

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see159

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see148

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see141

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see139

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see138

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri