Icma.az
close
up
RU
Televiziya Günündə səmimi təbrik: O yalnız bir jurnalist deyil...

Televiziya Günündə səmimi təbrik: O yalnız bir jurnalist deyil...

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hər insanın həyatında yolunu dəyişən biri olur. Bir cümləsi ilə, bir baxışı ilə, bir dərsi ilə… Mənim həyatımda bu rolu oynayan, məni jurnalistikaya gətirən insan – Almaz müəllimədir.
Bu gün Televiziya və Radio Günüdür, amma mənim üçün bu gün bir az da fərqlidir. Çünki bu gün mənim həyatımda iz qoymuş, peşə yolumu işıqlandırmış bir qadını xatırlamaq, ona ürəyimdən gələn sözləri demək günüdür.
Almaz xanım haqqında çox rəsmi cümlələr yazmaq olar: BDU-nun jurnalistika fakültəsini bitirib, filologiya üzrə fəlsəfə doktorudur, onlarla elmi məqalənin müəllifidir, Azadlıq Radiosu, İnternyus, BBC, İTV, Space TV… və hazırda AZTV Akademiyasının rektorudur. Amma onu təkcə bu titullarla tanımaq, vallah, azdır.
O, sadəcə bir müəllim deyil.
Sadəcə bir jurnalist deyil.
Sadəcə bir alim də deyil.
O, Allahın Azərbaycan televiziyasına verdiyi bir sərvətdir.
Onun dərsə daxil olduğu an auditoriyada  hava dəyişirdi — sanki efir intonasiyası ilə nəfəs alırdıq. O danışanda ən çox da insani istilik hiss olunurdu.
Onun yanında jurnalistika quru qaydalar, darıxdırıcı terminlər deyil, bir sevgi, bir tutqu, bir həyat tərzi kimi görünürdü. Mənim jurnalistikada ilk müəllimimdir Almaz xanım.
O, tələbəyə “sən bacararsan” deməyi bacarır.
O, insanın içindəki işığı görür.
Və ən önəmlisi, həmin işığı böyütməyi bilir.
Çox adam televiziya haqqında danışır, amma çox az adam televiziyanın ruhunu daşıyır.
Bu gün ona təkcə bayram təbriki deyil, bir təşəkkür borcum var:
Məni jurnalist edən, sözə hörmət öyrədən, efirin nə olduğunu sevdirən üçün – təşəkkür edirəm, Almaz xanım.
Siz mənim üçün sadəcə müəllim deyilsiniz — siz efirin nəfəsisiniz, bu sahənin yaddaşısınız, bu ölkənin media mədəniyyətinə verilmiş ən böyük bəxşişlərdən birisiniz.
Bayramınız mübarək, Almaz xanım.
Sizin kimi insanlar olduğu üçün bu peşə hələ də öz dəyərini qoruyur.

İlkin Məmmədkərimov
Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Noyabr 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri