Icma.az
close
up
RU
Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb

Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Son illər televiziya kanallarında yayımlanan verilişlərdə bir sıra ciddi problemlər müşahidə olunur. Bunlardan biri efirə çıxan ekspertlərin qadınlara qarşı seksist və aşağılayıcı ifadələr işlətməsidir. Təəssüf ki, bu hallar artıq sistemli bir problemə çevrilib və demək olar ki, bütün kanallarda təkrar-təkrar görünməkdədir.

Əslində, efirdə belə ifadələrin səslənməsi təkcə qadınların hüquqlarının pozulması deyil, həm də cəmiyyətə mənfi təsir göstərən təhlükəli tendensiyadır. Çünki qadınların təhqir edilməsi, onların cəmiyyətdə ikinci dərəcəli göstərilməsi qadınlara qarşı zorakılığın və cinayətlərin artmasına birbaşa zəmin yaradır.

Digər tərəfdən, televiziya verilişlərində ekspertlərin seçimi də obyektiv deyil. Bəzən eyni səviyyəli ekspertlər dəvət olunmur. Bir tərəfdə peşəkar jurnalist, digər tərəfdə isə sadəcə blogger çıxış edir. Bu, müzakirələrin balansını pozur və tamaşaçılara manipulyativ təsir göstərir.

Belə halların qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. İlk növbədə, qadınlara qarşı seksist ifadələr işlədən şəxslərin efirə çıxışına məhdudiyyət qoyulmalı, onların qadınlarla bağlı mövzularda danışması qadağan edilməlidir.

Audiovizual Şura isə yalnız xəbərdarlıqla kifayətlənməməlidir. Kanallara qarşı real sanksiyalar tətbiq edilməlidir: yüksək məbləğdə cərimələr, hətta lazım gələrsə, kanalın yayımının bir neçə saatlıq və ya bir neçə günlük dayandırılması. Yalnız bu halda televiziyalar məsuliyyət hiss edəcək və efir mədəniyyətinə daha ciddi yanaşacaqlar.

Cəmiyyətimiz qadınlara hörmət və bərabərlik üzərində inkişaf etməlidir. Televiziya isə bu prosesin güzgüsüdür. Əgər efirdə qadınlar aşağılanırsa, bu, birbaşa küçələrdə, ailələrdə və ictimai münasibətlərdə öz əksini tapacaq. Ona görə də bu problemin həlli təkcə etik məsələ deyil, həm də ictimai təhlükəsizlik məsələsidir.

Xüsusilə qeyd etmək lazımdır ki, efirdə belə çıxışlara yol verən “ekspertlər” qadınların cəmiyyətdə aşağılanmasına, onlara qarşı zorakılıqların artmasına birbaşa təsir göstərir və bu prosesdə böyük rol oynayır.

İlkin Məmmədkərimov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Sentyabr 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see305

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see188

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see160

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see153

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri