Icma.az
close
up
RU
Televiziya nümunədir və nümunə məsuliyyət tələb edir Xatirə Hüseynova

Televiziya nümunədir və nümunə məsuliyyət tələb edir Xatirə Hüseynova

Icma.az, 525.az saytına istinadən bildirir.

"Audiovizual media, xüsusilə televiziya gənclərin nümunəvi nitqinin formalaşmasında mühüm rol oynayır".

525.az xəbər verir ki, bunu BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova  “Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması: yeni çağırışlar və qanunvericilik çərçivəsi” mövzusunda elmi-praktik konfransda deyib:

“Müasir informasiya cəmiyyətində dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda milli kimliyin, mədəniyyətin və ictimai düşüncənin əsas daşıyıcısıdır. Xüsusilə gənc auditoriyanın dil vərdişlərinin formalaşmasında audiovizual medianın rolu bu gün daha güclü və çoxşaxəlidir". 

Alimin sözlərinə görə, televiziya, sosial şəbəkələr və rəqəmsal platformalar gənclərin danışıq tərzinə, söz ehtiyatına və üslubuna birbaşa təsir göstərir: “Bu gün audiovizual media faktiki olaraq alternativ dil müəlliminə çevrilib. Gənclər intonasiyanı, ifadə modellərini, normativ və qeyri-normativ dil formalarını əsasən ekranda gördükləri və eşitdikləri vasitəsilə mənimsəyirlər. Düzgün və səlis nitqin təşviqi qadağa və cəzalarla deyil, məsuliyyətli yanaşma ilə həyata keçirilməlidir. Dilimizin saflığının qorunması heç də kimisə qınamaq məqsədi daşımır. Məqsəd efirdə düzgün, səlis və anlaşıqlı danışıq mədəniyyətini möhkəmləndirməkdir. Çünki televiziya nümunədir və nümunə məsuliyyət tələb edir".

X. Hüseynova qeyd edib ki, televiziya bu gün də gənc auditoriyanın nitq mədəniyyətinə təsir göstərən ən nüfuzlu audiovizual vasitələrdən biri olaraq qalır:

“Xəbər və analitik proqramlarda televiziya dili hələ də "doğru və nümunəvi nitq forması" kimi qəbul olunur. Lakin əyləncəli verilişlərdə loru və normadan kənar danışıq gənclər üçün risk yaradır".

O, həmçinin audiovizual mediada dilin saflığının qorunması ilə bağlı bir sıra təkliflər səsləndirib:

“Televiziya serialları və uşaqlar üçün hazırlanan məzmun gənclərin nitqinə daha dərin təsir göstərir. Dil təhrif olunmuş formada təqdim edildikdə bu, gənclərin yaddaşında norma kimi möhkəmlənir. Məqsəd qadağalar tətbiq etmək deyil, şüurlu və məsuliyyətli dil seçimi formalaşdırmaqdır. Audiovizual media düzgün idarə olunduqda Azərbaycan dilinin saflığının qorunmasına real töhfə verə bilər".

Konfrans müasir informasiya cəmiyyətində audiovizual medianın dil mühitinə təsiri, dil normalarının qorunması və bu sahədə müşahidə olunan tendensiyaların elmi müstəvidə təhlili kimi aktual məsələlərə həsr olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Yanvar 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri