“Təlim proqramları yalnız bilik deyil, həm də yaradıcılıq bacarıqlarını inkişaf etdirməlidir” PSİXOLOQ
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
“İstedadlı uşaqlarla iş erkən yaşdan başlamalıdır. Onların emosional və sosial inkişafı akademik bacarıqlarla paralel şəkildə dəstəklənməlidir. Hazırda lisey və gimnaziyalarda bu sahədə müəyyən addımlar atılsa da, sistem tam deyil”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında psixoloq Sevinc Həbibova qeyd edib:
Onun sözlərinə görə, hər uşağın fərdi qabiliyyətlərinə uyğun yanaşma tətbiq olunmalıdır.
“Təlim proqramları yalnız bilik deyil, həm də yaradıcılıq və problem həll etmə bacarıqlarını inkişaf etdirməlidir”-deyə o əlavə edib.
Psixoloq vurğulayıb ki, düzgün motivasiya və dəstək uşaqların özünü ifadə etməsinə imkan verir:
“Eyni zamanda, məktəblərdə təzyiq və yüksək rəqabət uşaqların stress səviyyəsini artıra bilər. Valideynlər və müəllimlər birlikdə uşaqların istedadını tanımalı və onları düzgün yönləndirməlidirlər. Nəticədə, istedadlı uşaqlarla iş həm fərdi, həm də sosial inkişaf üçün balanslı olmalıdır”.
Gülxanım
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 31 Oktyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















