Icma.az
close
up
RU
Psixoloq: Mutizmli uşağın sosial bacarıqlarını inkişaf etdirmək üçün dəstəkləyici mühit yaradılmalıdır

Psixoloq: Mutizmli uşağın sosial bacarıqlarını inkişaf etdirmək üçün dəstəkləyici mühit yaradılmalıdır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 may, AZƏRTAC

Uşağın danışa bildiyi halda danışmaqdan imtina etməsi psixoloji problemdir və bu tibdə mutizm adlanır. Uşağın danışıq yaşı keçir və o, hələ də danışmırsa, bu hal uşağın ya nitq aparatında yaranan problemlərlə bağlıdır, ya da danışa bildiyi halda danışmağa istəyinin olmamasıdır. Şəxs bəzən məişətdə danışmır, lakin fiziki və emosional baxımdan sağlamdır. Mutizmin bir çox müxtəlif səbəbi var. O, psixoloji amillər - narahatlıq, psixoloji travma, depressiya və ya stres nəticəsində yarana bilər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin psixoloqu Lalə Nəzərova deyib.

Onun sözlərinə görə, nevroloji faktorlar - beyin zədələri, nevroloji pozuntular və ya autizm spektri mutizmin yaranmasına gətirib çıxara bilər. Sosial və emosional amillər, sosial narahatlıq, ailə münaqişələri və ya təhsil mühitindəki çətinliklər də bu səbəblərə daxildir. Genetik faktorları da qeyd etmək lazımdır ki, bəzən mutizm irsi, yəni ailə üzvlərində də bənzər vəziyyətlər ola bilər.

“Selektiv və total mutizm olmaqla bu problemin iki əsas növü mövcuddur. Hər iki növün özünəməxsus xüsusiyyətləri var. Selektiv mutizm, şəxsin müəyyən sosial vəziyyətlərdə və ya müəyyən insanlarla ünsiyyət qurmaqda çətinlik çəkməsidir. Məsələn, uşaq küçədə şifahi ünsiyyət qurmaq istəmir, ancaq evdə sakitcə ünsiyyət qurur. Bu vəziyyət, adətən, 3-5 yaş arası uşaqlarda müşahidə olunur və psixoloji narahatlıqdan qaynaqlana bilir. Çünki uşaqlar bu dövrdə sosial və dil bacarıqlarını inkişaf etdirirlər. Lakin bu vəziyyət, bəzən böyüklərdə də müşahidə edilir.

Selektiv mutizm müalicəsində uşağa sosial vəziyyətlərdə ünsiyyət qurmağı öyrətmək məqsədilə davranış terapiyası və koqnitiv-behavioral terapiya istifadə edilir. Müalicə uşağın özünü rahat hiss edəcəyi mühitlərdə başlayır və tədricən sosial vəziyyətlərdə danışmağa həvəsləndirilir. Selektiv mutizm bəzi hallarda müdaxiləsiz sağala bilsə də, diaqnoz qoyulduqdan sonra müalicəyə başlanması məsləhətdir.

Uşağın yaşı artdıqca bu durumu müalicə etmək də çətinləşir. Total mutizm şəxsin heç bir şəkildə də danışmaması halıdır. Bu, çox ciddi psixoloji və ya nevroloji problemlərin nəticəsi ola bilər. Total mutizm olan insanlar heç bir sosial vəziyyətdə danışmır, hətta ən yaxınları ilə belə əlaqə qura bilmirlər”,- deyə psixoloq bildirib.

O, mutizm və autizm arasındakı fərqlər barədə danışıb. Psixoloq qeyd edib ki, autizm şəxsin sosial əlaqələr qurmağı və ünsiyyət bacarıqlarını inkişaf etdirməkdə çətinlik çəkməsi ilə bağlıdır, spektr pozuntusudur. Autizmli uşaqlar bəzən mutizmə meyilli olurlar, ancaq autizm və mutizm iki ayrı xəstəlikdir. Mutizm yalnız danışmama vəziyyəti ilə bağlıdır, autizm isə daha geniş sosial davranış pozuntusudur.

“Mutizm uşaqlarda psixoloji və ya sosial problemlərin əlaməti olaraq təyin edilir. Uşağın sosial münasibətlərini, məktəbdəki davranışlarını və evdəki vəziyyətini qiymətləndirən mütəxəssislər bu vəziyyəti müəyyənləşdirirlər.

Böyüklərdə isə mutizmin bir neçə növü və səbəbi var. Böyüklərdə ən çox rast gəlinən mutizm formalarından biri psixoloji səbəblərdən irəli gəlir. Bu, adətən, travmatik bir hadisə və ya uzunmüddətli stres nəticəsində inkişaf edir. Psixoloji mutizm adətən şiddətli narahatlıq, depressiya və ya Posttravmatik stres pozuntusu (PTSP) ilə əlaqələndirilir. Belə hallarda insan stres vəziyyətində danışmaqda çətinlik çəkir. Psixoloji mutizm, xəstənin öz iradəsi ilə deyil, bədəninin və ağlının qorunma məqsədi ilə ortaya çıxır. Bu səbəblər uşaqlıq dövründə yaşanmış travmalar (zorakılıq, ailə problemləri), güclü stres və ya şok (ailə üzvlərinin itirilməsi, qəza, təbii fəlakət və digər) daxildir.

Nevroloji mutizm afaziya, beyindəki zədələrdən qaynaqlanan vəziyyətdir. Beynin danışma və dil ilə əlaqəli sahələrinin zədələnməsi (məsələn, insult, beyin travması, ya da şişlər nəticəsində) insanın danışma qabiliyyətinə təsir edə bilər. Afaziya, danışma və ya anlama ilə bağlı çətinliklər yaradır. Mutizm də bu tip xəstəliklərin nəticəsi olaraq ortaya çıxa bilər, bəzən isə xəstələr sadəcə danışmağı dayandırır, ya da heç danışmaya bilərlər. Bu səbəblərə Parkinson xəstəliyi və ya digər nevroloji xəstəliklər də daxildir.

Şizofreniya kimi bəzi psixiatrik xəstəliklərdə də mutizm görülə bilir. Şizofreniyada şəxsin daxili dünyası və reallıq arasındakı əlaqəsi pozulur və bəzən fərd kommunikasiya qurmağı unuda bilir. Bu, xüsusilə halüsinasiyalar və ya delusiyalar zamanı baş verə bilər. Şizofrenik xəstələrdə bəzən danışıqdan imtina etmək və ya heç danışmamaq müşahidə olunur.

Bəzi hallarda böyüklərdə mutizm orqanizmə aid tibbi və fiziki problemlərdən qaynaqlanır. Bu, bir çox xəstəliyin simptomlarından biri ola bilər. Məsələn, bəzən ağır yorğunluq və ya hormon balanssızlığı da danışmaqda çətinliklərə gətirib çıxarır”, - deyə L.Nəzərova əlavə edib.

Psixoloq mutizmin müalicəsində istifadə olunan metodlar barəsində məlumat verib: “Mutizmin müalicəsində istifadə edilən əsas metodlara koqnitiv-behavioral terapiya (KBT) daxildir ki, bu da uşaqları sosial vəziyyətlərdə danışmağa təşviq edən bir müalicə üsuludur. Davranış terapiyası zamanı uşaqların doğru davranışları mükafatlandırmaqla onlara danışmaq öyrədilir. Sosial bacarıq təlimində uşaqların sosial vəziyyətlərdə özünəinamlı şəkildə iştirakını təmin edəcək bacarıqlar inkişaf etdirilir.

Evdə uşağın sosial və danışma bacarıqlarını inkişaf etdirmək üçün təhlükəsiz və dəstəkləyici mühit yaradılmalıdır. Uşağın özünü rahat hiss etməsi üçün onunla gündəlik həyat fəaliyyətlərinə daxil olmaq, oyun oynamaq və daha çox sosial vəziyyətlərdə iştirak etməsini təşviq etmək faydalıdır.

Mutizmli şəxslərin gündəlik həyatını asanlaşdırmaq üçün onlara sosial bacarıqlarını inkişaf etdirməyə kömək göstərən fəaliyyətlər təklif etmək lazımdır. Eyni zamanda, stresli vəziyyətlərdən qaçmaq və rahat mühitlərdə daha çox vaxt keçirmək tövsiyə olunur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri