Təlim üçün Ermənistana gələn ABŞ hərbçiləri geri qayıtmayıb? AÇIQLAMA
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
“Ola bilər ki, ABŞ Ermənistana min nəfərlik kontingent göndərməyi planlaşdırır”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Allahverənov deyib. O bildirib ki, ABŞ hərbçiləri təlimlər üçün Ermənistana gəldiyi dövrdə, İran da, Rusiya da bundan çox narahat olmuşdu:
“Təxminən 2 min hərbçi gəlmişdi və bu hadisə geniş işıqlandırılmışdı. İran və Rusiya tərəfindən narahatlıq dilə gətirilsə də, hansısa konkret addımlar atılmamışdı. Maraqlısı budur ki, həmin hərbi kontingentin gəlişi barədə məlumat var idi, amma gedişi barədə heç nə deyilmədi. O dövrdə bəzi qeyri-rəsmi mənbələrdə həmin kontingentin hələ də Ermənistanda qaldığı bildirilirdi. Xüsusən də bu, "Zvartnots"dan rus hərbçilərinin çıxmasından sonra baş verdi.
Hətta belə bir informasiya var idi ki, "Zvartnots" və digər strateji obyektlərin mühafizəsi məhz həmin kontingentə həvalə olunur. Bu cür qeyri-rəsmi məlumatlar var idi. İlkin mərhələdə müəyyən narahatlıqlar dilə gətirilsə də, sonra bu məsələ ətrafında olan ajiotaj səngidi. Amma yenidən belə bir məlumatın yayımlanması, yeni bir ajiotaj dalğasının yaranmasına gətirib çıxara bilər. Amma düşünmürəm ki, bundan o yana getsin. Əgər həqiqətən bu olacaqsa, uzağı bir-iki etiraz notası verilə bilər. Çünki Ermənistan üçün də müəyyən təhlükəsizlik məsələləri var. Əgər ABŞ ilə belə bir anlaşma varsa, deməli, Ermənistan bunu zəmanətli şəkildə edir”.
Cavidan Mirzəzadə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Ermənistana göndəriləcək ABŞ hərbçiləri “harda qaldı”?
29 Yanvar 2025 09:00
ABŞ hərbçiləri Ermənistana gəldi: İrana zərbə planı?
08 Aprel 2025 21:41
Rusiyanın təsirini azaltmaq üçün: “ABŞ Azərbaycandan Ermənistana...”
19 Fevral 2026 18:20
Marko Rubionun Ermənistana səfəri: ABŞ üçün prioritetlər
26 May 2026 11:20
Sülh Azərbaycandan çox Ermənistana lazımdır AÇIQLAMA
18 Aprel 2025 17:11
Baxış sayı:103
Bu xəbər 28 İyul 2025 16:57 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları