Icma.az
close
up
RU
Təlimlər Ermənistan daxilində təxribatların qarşısını almaq üçün keçirilir Ekspert

Təlimlər Ermənistan daxilində təxribatların qarşısını almaq üçün keçirilir Ekspert

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bu hərbi təlim ABŞ-ın Ermənistanda əsas rəqibi olan Rusiyanın ölkədə təxribat törətməyə hazır olan qüvvələrin fəaliyyətinin zərərsizləşdirilməsinə hesablanmış hərbi əməkdaşlıqdır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Amerikada ABŞ-la Ermənistan arasında birgə keçirilən "Joint Resolve-2025" hərbi təlimlərinin bölgə üçün yarada biləcəyi təhlükəni şərh edərkən deyib.

Taleh Əliyevin fikrincə, ABŞ-da keçiriləcək hərbi təlimdə iştirak edəcək Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin kimliyinə və təlimin proqramına baxdıqda görürük ki, təlim müharibə baş verəcəyi halda müdafiə və ya hücum üçün nəzərdə tutulan təlimdən daha çox, ölkə daxilində təxribatların qarşısını almaq, dövlət əhəmiyyətli obyektlərin fors-major vəziyyətlərdə mühafizəsi məqsədi daşıyan təlim xarakteri daşıyır:


"Bütün bunlar Ermənistanla Azərbaycan arasında ehtimal edilən növbəti hərbi qarşıdurmadan daha çox, Ermənistan daxilində Rusiyaya bağlı qüvvələrin ehtimal edilən təxribatlarının qarşısını almaq üçün hazırlıqlar görülməsinə yönəlik təlimlərdir. Bu qüvvələr və kilsə zaman-zaman ölkə daxilində müəyyən təxribatlara əl atırlar. Amerikada təlim keçən erməni silahlı qüvvələrin hərbi polis taborunun şəxsi heyətinin təlimdə qarşıya qoyduqları vəzifə də daxildə yaşanan təxribatlar zamanı dövlət obyektlərinin qorunması, diversiya qruplarının zərərsizləşdirilməsi üzrə təlim proqramlarından ibarətdir. Ona görə də hesab etmirəm ki, bu təlimin məqsədi Azərbaycana qarşı Ermənistan ordusunun döyüş hazırlığının yüksəldilməsinə hesablanıb"

Qeyd edək ki, Ermənistan ordusunun bir qrup hərbi qulluqçusu ABŞ-dakı "Hoenfels" hərbi bazasında keçirilən "Joint Resolve-2025" hərbi təlimlərində iştirak edir. Ermənistan mətbuatı iddia edir ki, Ermənistan sözügedən manevrlərə ilk dəfə olaraq Hərbi Polisin şəxsi heyətindən formalaşdırılan batalyonla qatılıb. 

Məlumata görə, Ermənistan hərbçiləri xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi, diversiya-kəşfiyyat qruplarının zərərsizləşdirilməsi, eləcə də təlim proqramına uyğun digər manevrlərin icrasında iştirak edir. Ümumiyyətlə, son dövrlər ABŞ-la Ermənistan arasında əməkdaşlıq sıx xarakter almağa başlayıb. Yanvarın 14-də bu iki ölkə arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb. Azərbaycan bu sazişi İrəvanın regionda sülh və sabitliyə xidmət etməyən son dərəcə riskli addımı kimi qiymətləndirir. Çünki sənəddə bir çox sahələr üzrə ABŞ-ın Ermənistana göstərəcəyi dəstək elementləri müəyyən mənada əksini tapıb. 

Buna qədər də ABŞ və Ermənistan hərbi sahədə əməkdaşlıq edirdi. Rəsmi Vaşinqtonun hərbi strukturlarının Ermənistan Müdafiə Nazirliyində fəaliyyət göstərməsi, müxtəlif zamanlarda iki ölkənin silahlı birləşmələrinin birgə təlim keçirməsi, hətta təlim müddəti bitdikdən sonra həmin hərbçilərin ABŞ-a geri qayıdıb-qayıtmamasının məlum olmaması buna nümunədir. Belə iddialar da var ki, ABŞ-ın hərbi bölüyünün bir hissəsi hazırda da Ermənistandadır. Bir sözlə, faktiki olaraq İrəvanın təhlükəli layihələrdə yer alması gərginliyi tətikləyir. Çünki birgə təlimlərin həyata keçirilməsi ilə paralel olaraq Ermənistan döyüş mövqelərini də gücləndirir. 

Rüfət Sultan


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Fevral 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri