Icma.az
close
up
RU
“Birgə hərbi təlimlər Türk dünyası daxilində hərbi əlaqələri dərinləşdirəcək” Ekspert

“Birgə hərbi təlimlər Türk dünyası daxilində hərbi əlaqələri dərinləşdirəcək” Ekspert

Icma.az bildirir, 525.az portalına istinadən.

“Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşlərinin keçirilməsi ənənəvi hal alıb. Hər il müxtəlif Türk dövlətlərində Zirvə görüşlərinin keçirilməsinin şahidi oluruq. Bu, birmənalı olaraq Türk dünyası daxilində inteqrasiya proseslərinə müsbət təsir göstərir”.

Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli oktyabrın 7-də Qəbələdə keçirilən  TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün əhəmiyyətini, irəli sürülən təklifləri şərh edərkən deyib. 

“Biz müşahidə edirik ki, hər sammit aktual mövzuya həsr olunur. Qəbələdə keçirilən sammitin də mövzusu kifayət qədər aktual məsələyə - regonal sülh və təhlükəsizliyə həsr olunmuşdur. Düşünürəm ki, Qəbələ sammiti regional sülh və təhlükəsizliklə bağlı Türk dövlətlərinin ortaq yanaşmasının formalaşmasına, onlar arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə ciddi töhfə verəcək”, - ekspert deyib.

O, əlavə edib ki, sammit müddətində bir sıra dövlət başçıları olduqca maraqlı təkliflərlə çıxış etdilər: “Həmin təkliflərin reallaşması bütövlükdə təşkilatın güclənməsinə xidmət edəcək. Azərbaycan Prezidenti sammitdə 2026-cı ildə birgə hərbi təlimlərin keçirilməsini təklif etdi. Hesab edirəm ki, bu təklifin reallaşması da TDT-nın daha da güclənməsinə və geosiyasi mərkəzə çevrilməsinə ciddi təsir göstərə bilər. Nəzərə almaq lazımdır ki, artıq Türk dövlətləri arasında münasibətlərdə hərbi əlaqələrin qabardılması ondan xəbər verir ki, Türk dünyası daxilində inteqrasiya prosesləri xeyli dərinləşib və yeni bir mərhələyə daxil olub. Bu günə qədər bir sıra Türk dövlətləri ikitərəfli, yaxud üçtərəfli müstəvidə hərbi təlimlər keçiriblər, ancaq bütün Türk dövlətlərinin, TDT-na daxil olan ölkələrin birgə hərbi təlimlər keçirməsi Türk dünyası daxilində yalnız və yalnız hərbi əlaqələrin dərinləşməsinə xidmət edə bilər”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri