Icma.az
close
up
RU
Tellur Mütəllimov Sabahın uğursuz çıxışı barədə: İzah etmək çətindir

Tellur Mütəllimov Sabahın uğursuz çıxışı barədə: İzah etmək çətindir

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Sabah" Misli Premyer Liqasının son turunda "Kəpəz"lə 2:2 bərabərliyə razılaşdı. Oyundan sonra "bayquşlar"ın futbolçusu Tellur Mütəllimov Sport24.az-a müsahibəsində komandasının son oyunlardakı uğursuz çıxışı barədə danışıb.

- "Sabah" ötən tur "Kəpəz"lə matçda xal itirdi. Oyun haqqında fikirlərin necədir?

- Üstün olduğumuz oyun idi. Bəzi epizodları saymasaq, demək olar, matçın böyük hissəsi bizim üstünlüyümüz şəraitində keçdi. Qol fürsətlərimiz oldu, dəyərləndirə bilmədik. Son dəqiqədə buraxdığımız qolla qələbə hesabını qoruya bilmədik.


- Ardıcıl 6 oyundur qələbə qazana bilmirsiniz. Səbəbi nədə görürsən?

- İzah etmək çətindir. Komanda olaraq hər birimiz qələbəyə köklənmişik. Bütün oyunlarda 3 xal üçün mübarizə aparırıq. Çıxdığımız qarşılaşmalarda bütün oyunlarda üstün tərəf olmuşuq. Amma son oyunlarda bu üstünlüyü hesabda əks etdirə bilmirik.

- Son iki oyunda son dəqiqələrdə qol buraxırsız. Hesabı qorumağa nə mane olur?

- Bəli, bu mövsümdə bir neçə oyunda son dəqiqələrdə buraxdığımız qolla 3 və ya 1 xalı əldən vermişik. Futbol 90 dəqiqə oynanılır. Fərqi yoxdur qolu 1-ci və ya 90-cı dəqiqədə buraxırsan. Məncə əsas olan qolun vurulma dəqiqəsi yox, hansı səbəbdən buraxmağımızdır. Bunun üzərində daim çalışırıq. İnanıram ki, qarşıdakı oyunlarda bu cür səhvlərə yol verməyək.

- Komandanın avrokuboklara vəsiqə qazanma şanslarını necə dəyərləndirirsən?

- Mövsüm hələ yarılanmayıb. İndidən turnir cədvəlinə baxıb nəsə fikir bildirmək doğru olmaz. Bəli, turnir cədvəlində rəqiblərimiz bizdən bir qədər aralanıb. Amma bu hələ hər şeyin bitdiyi anlamına gəlmir. Hədəfimizə çatmaq üçün sona qədər mübarizə aparacayıq.


- Milli komandalara görə yaranan fasilə işinizə yarayacaq, yoxsa?

- Milli fasilə hamı üçündür. Hər komanda bu fasilədə yol verdiyi səhvləri araşdırır və bunları aradan qaldırılması üçün çalışır Fasilənin hansı komandaya necə təsir etdiyini fasilədən sonra görəcəyik. Təbii ki, biz də bu fasilədə əvvəlki oyunlarda yol verdiyimiz səhvləri aradan qaldırmaq üçün var qüvvəmizlə çalışacayıq.

- Milli komandaya dəvət almadın. Bu barədə nə deyə bilərsən?

- Yığmada çıxış etmək hər bir futbolçu üçün fəxrdir. Millinin heyətini baş məşqçi Fernandu Santuş müəyyənləşdirir. Onun qərarına hörmətlə yanaşıram. Yığmamıza qarşıdakı oyunlarda uğurlar arzu edirəm.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://sport24.az
archiveBu xəbər 12 Noyabr 2024 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri