Icma.az
close
up
RU
“Təmiz Şəhər” ASC nin təşəbbüsü keçiriləcək yeni sosial layihə təqdim olunub

“Təmiz Şəhər” ASC nin təşəbbüsü keçiriləcək yeni sosial layihə təqdim olunub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 6 iyun, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Samur-Yalama Milli parkında 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi gününə həsr olunan “Plastikdən istifadəni azaldaq: Yerli səylər, qlobal təsirlər” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, “Yapı Kredi Bank Azərbaycan”, “Global Media Group”, “Araz” supermarketlər şəbəkəsi, “ECOhub” və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə baş tutacaq “Card to ART” (Kartdan sənətə) sosial layihəsinin təqdimatı olub. İstifadə müddəti başa çatan və yararsız plastik kartların təbiətə atılmasının qarşısını almağa xidmət edən layihənin məqsədi fəaliyyətində plastik kartlardan istifadə edən tərəfləri bir araya gətirərərk ətraf mühitin mühafizəsinə töhfə verməkdir.

Statistik məlumatlara görə Azərbaycanda təxminən 16 milyon, dünyada isə 30 milyarddan çox plastik kart insanların istifadəsindədir. Bu kartların istifadə müddəti bitdikdə tullantıya çevrilərək ətraf mühitə mənfi təsir göstərir. Bu növ tullantıların çürüyüb torpağa qarışması yüz illərlə vaxt tələb edir. “Card to ART” (Kartdan sənətə) sosial layihəsi bu problemin qarşısını müəyyən səviyyədə almağa yönəlib.

Layihə çərçivəsində müxtəlif məkanlarda yerləşdiriləcək xüsusi qutularda toplanacaq plastik kartlar yaradıcı şəxslərə yönləndiriləcək və onların toxunuşu ilə müxtəlif sənət əsərlərinə çevriləcək. Hazırlanmış incəsənət nümunələri Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Tullantıdan Sənətə” muzeyində təşkil ediləcək “Card to ART” sərgisində ziyarətçilərə təqdim olunacaq.

Ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulan “Card to ART” sosial layihəsi davam etdiyi müddət ərzində xidmətində plastik kartdan istifadə edən bütün tərəflər layihəyə qoşula və korporotiv məsuliyyət proqramına uyğun dəstək verə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 İyun 2025 04:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see241

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see209

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see170

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see132

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see131

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see131

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see130

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see129

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see129

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see126

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see125

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see124

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see123

“İranda ailə qalmaqalı siyasi böhranı alovlandırdı: hakimiyyət həm daxili, həm də xarici düşmən axtarır“ İsrail mətbuatı

22 Oktyabr 2025 19:33see121

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri