Icma.az
close
up
RU
WUF13 çərçivəsində Təmiz Şəhər ASC ilə memorandum imzalanıb

WUF13 çərçivəsində Təmiz Şəhər ASC ilə memorandum imzalanıb

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2026-cı il martın 5-də WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov imzalayıblar.

BAKU.WS xəbər verir ki, memorandumun imzalanmasında əsas məqsəd tədbirin təşkili və keçirilməsi zamanı yaranacaq bərk məişət tullantılarının düzgün idarə olunmasını təmin etməkdir. Bu çərçivədə tərəflər Azərbaycan Respublikasının ətraf mühitin qorunması üzrə dövlət siyasətinə uyğun olaraq davamlı və səmərəli yanaşmaların tətbiqini prioritet kimi müəyyən ediblər.

Əməkdaşlığa əsasən, WUF13 tədbiri çərçivəsində Bakı Olimpiya Stadionu və digər tədbir məkanlarında əmələ gələn bərk məişət tullantıları "Təmiz Şəhər" ASC-nin təsərrüfat sahələrinə təhvil veriləcək. Müasir üsullarla zərərsizləşdiriləcək tullantıların təkrar emala yararlı hissəsi emal müəssisələrinə yönləndiriləcək. Əməkdaşlıq çərçivəsində həmçinin bərk məişət tullantılarının düzgün idarə edilməsi ilə bağlı ictimai maarifləndirmə təşəbbüsləri, eləcə də birgə pilot layihələr həyata keçiriləcək.

Sözügedən memorandum tədbirin karbon emissiyası izinin azaldılmasına, poliqonlara yönləndirilən tullantı həcminin minimuma endirilməsinə və təkrar emal göstəricilərinin artırılmasına töhfə verməklə yanaşı, Azərbaycanın resurs səmərəliliyinin artırılması, dairəvi iqtisadiyyat modelinin təşviqi və dayanıqlı tədbir idarəetmə təcrübəsinin formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://baku.ws
archiveBu xəbər 05 Mart 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri